Icma.az
close
up
RU
Rus turistlər üçün ən təhlükəli ölkələrin siyahısı açıqlandı

Rus turistlər üçün ən təhlükəli ölkələrin siyahısı açıqlandı

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyalı səyahətçilər üçün ən təhlükəli ölkələr məlum olub.

BAKU.WS xəbər verir ki, "Turpomosh" Assosiasiyasının mütəxəssisləri Əfqanıstan, Braziliya, Suriya, Mali və Filippini riskli istiqamətlər sırasında göstəriblər. Bu ölkələrdəki qeyri-sabit siyasi vəziyyət, zəif infrastruktur və geniş yayılmış yoluxucu xəstəliklər - xüsusən malarİya və dengqızdırması turistlər üçün ciddi təhlükə yaradır.

Turizm Təhlükəsizliyi Assosiasiyasının vitse-prezidenti Yevgeniya Konkol da Yəmən, Liviya, Livan, Myanma və Şimali Koreya kimi ölkələri riskli bölgələrə daxil edib. Bu ölkələrdə davam edən münaqişələr, humanitar böhran və turistlərə qarşı ciddi məhdudiyyətlər mövcuddur.

Rəsmilərin bildirdiyinə görə, bu ölkələrə təşkil olunmuş turlar demək olar ki, mövcud deyil. Riskə gedən azsaylı səyahətçilər öz hesabına bu bölgələrə gedir və yerli vasitəçilərdən istifadə edirlər. Belə səfərləri əsasən gənclər və təcrübəli turistlər seçir.

"Turpomosh"un nümayəndəsi Mariya Zyukova bildirib ki, bu ölkələrdə ekstremal turizmə maraq artmaqdadır. Məsələn, Əfqanıstanda Hindikuş dağlarında alpinistlər üçün marşrutlar var, lakin bu bölgələr silahlı hücum riskləri ilə doludur. Mali isə Niger çayında rafting təklif etsə də, silahlı qruplarla toqquşma ehtimalı var. Belə səyahətlər üçün xüsusi hazırlıq, avadanlıq və bəzən silahlı mühafizə tələb olunur.

Zyukovanın sözlərinə görə, İstanbul və ya Dubay üzərindən Kabula biletin qiyməti 60–80 min rubl, Malinin paytaxtı Bamakoya isə 100 min rubldan başlayır. Bundan əlavə, yaşayış, sığorta, bələdçi, təhlükəsizlik və ekstremal idman üçün lazım olan avadanlıqlar da ayrıca ödənilir. Yəmənə təşkil olunan özəl turlar isə 10 min ABŞ dollarından başlayır və yalnız xüsusi agentlər və ya dəvət əsasında baş tutur.

Turizm operatorları adətən bu ölkələrə turist göndərmir və bu istiqamətlər təbliğ edilmir. "Travelata.ru"nun marketinq direktoru Oleq Kozyrev qeyd edib ki, ötən il Rusiya Turizm Agentliyi Abxaziyaya səfərləri tövsiyə etməyib, lakin bəzi turlar satışda qalıb.

Turizm Agentlikləri Alyansının icraçı direktoru Natalya Osipova isə bildirib ki, fərdi şəxslərin bu ölkələrə getməsinə qadağa yoxdur: "Mən onlara orden vermək istəyərdim, çünki ora çatana qədər insan getdiyi məqsədi unudur."

Mütəxəssislər vurğulayır ki, hətta ənənəvi olaraq təhlükəsiz sayılan ölkələrdə də fövqəladə hallar zamanı turizm proqramlarına düzəlişlər edilir. Ötən il Türkiyədə baş verən yanğınlar buna nümunədir. Bu zaman agentliklər rusiyalı turistləri dərhal təhlükəsiz bölgələrə köçürməyə məcbur olmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri