Icma.az
close
up
RU
Ermənistanın Baş naziri Nikol Paşinyanın bütün addımları seçkiyə hesablanıb, səmimi davranış sərgilənmir

Ermənistanın Baş naziri Nikol Paşinyanın bütün addımları seçkiyə hesablanıb, səmimi davranış sərgilənmir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsi artıq Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə tam hazırdır. Paşinyan “Dünyanın kəsişmə nöqtəsi: regional kommunikasiyaların inkişafı” adlı konfransdakı çıxışında bildirib: "Ermənistan bu gün artıq Türkiyədən Marqara və Kornidzor vasitəsilə Azərbaycana, eləcə də geriyə tranziti təmin edə bilər. Biz bunu təklif edirik, çünki artıq tam hazırıq". Baş nazir həmçinin vurğulayıb ki, TRIPP layihəsi çərçivəsində birgə erməni–amerikan şirkəti yaradılacaq və bu qurumda strateji məsələlər üzrə həlledici söz Ermənistana məxsus olacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yolla sülhə hazırlaşmaqdan daha çox yenə də belə təşəbbüsləri öz adına yazmağa cəhd göstərir: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfinin və prezident İlham Əliyevin irəli sürdüyü sülh təşəbbüslərini, beynəlxalq ictimaiyyətə, həm də ölkə ictimaiyyətinə öz müəllifliyi kimi özünün formasında diqqətə çatdırmağa çalışırdı. İndi də həmin o təşəbbüsləri öz adına yazmağa çalışır. İlk öncə Azərbaycan Rusiyadan və Qazaxıstandan yüklərin Ermənistana daşınması üçün tranzit ölkə olaraq razılıq verib. Bu, əslində Ermənistanla sülh istiqamətində Azərbaycanın növbəti və çox vacib addımı idi. Bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfinə gəldikdə, bizim bu gün Ermənistan üzərindən Türkiyə və yaxud Türkiyədən Azərbaycana Ermənistan üzərindən tranzit ölkə kimi istifadə etməyimizə o qədər də böyük bir ehtiyac yoxdur. Çünki biz bu günə qədər həm Türkiyəyə, həm də Türkiyədən Azərbaycana yüklər də daşıyırdıq. Düzdür, bu da bizə daha uzun məsafədə başa gəlirdi, amma biz böyük layihələr reallaşdırmışıq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum dəmir yolu kifayət qədər yüklərin daşınmasına xidmət edir”.

Xəyal Bəşirov

“Bu gün Ermənistandan gözləntilərimiz daha çox ondan ibarətdir ki, onlar Zəngəzur dəhlizinin əsas hissəsi olan Ermənistandan keçəcək 42 kilometrlik yolla bağlı addımlar atsınlar. Ermənistan tərəfi seçki öncəsi həm ölkə ictimaiyyətinə, ölkə seçicisinə xidmət edənifadələr işlədir, addımlar atır, həm də beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir. Onu seçəcək insanların, ən azından ölkədə səs verəcək insanların etirazı olmasın deyə bu addımlar atılır. Eyni zamanda beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, o sülhdən yanadır”-deyə Xəyal Bəşirov qeyd edib.

Politoloq hesab edir ki, Ermənistana Rusiyanın və Qazaxıstanın məhsulları gedir, bu məhsulların Azərbaycandan getməsi ən optimal variantdır.

“Bugün Gürcüstanla Rusiya arasında münasibətlər bəllidir. Orada hər hansı bir yükün daşınması mümkün deyil. Eyni zamanda Qara dəniz vasitəsilə yükdaşıma bu gün böyük təhlükə daşıyır. Çünki Qara dəniz ətrafında müharibə gedir və Ermənistana yüklərin daşınması, çox böyük məsafələr və eyni zamanda böyük məsrəflər hesabına başa gələcək. Bu da iqtisadi cəhətdən çətin durumda olan Ermənistan üçün daha böyük çətinliklər yaradır və Azərbaycan bu addımı atıb. Ermənistan buna cavab olaraq, Azərbaycan və Türkiyədən qarşılıqlı şəkildə tranzit ölkə kimi istifadəsini ortaya atmaq üçün o sülh qovşağı xəritəsi çəkmişdi. Hansı ki, heç bir belə deyim, reallığa söykənmirdi. İndi onu yenidən gündəmə gətirməyə çalışır. Amma hər bir halda bizim addımlarımızdan sonrakı addımlar kimi də olsa, Ermənistan tərəfinin bu addımları atması seçkiyə hesablanıb. Nikol Paşinyanın əsas niyyəti seçkidir. Ona görə, bu addımları atır. Amma real məsələlərin hamısını seçkidən sonraya təxirə salır. Zəngəzur dəhlizi ilə bağlı məsələni 2026-cı ilin ikinci yarısına təxirə salıb. Konstitusiyaya dəyişikliklər edilməsi məsələsini 2026-cı ilin ikinci yarısının sonuna təxirə salıb. Bütün bunlar göstərir ki, Ermənistan tərəfi atmalı olduğu real addımları təxirə salır. Başqa təşəbbüslər ortaya qoyur ki, bu gün o təşəbbüslər nə Türkiyə üçün, nə Azərbaycan üçün o qədər də aktual deyil. Ermənistandan fərqli olaraq, bizim bu gün kifayət qədər alternativlərimiz var”-deyən Xəyal Bəşirov qeyd edib ki, bu addımlar səmimi addım deyil.

Politoloqun fikrincə, o zaman səmimi addım olardı ki, Ermənistan tərəfi operativ şəkildə seçkiyə hazırlaşdığı kimi Konstitutsion dəyişikliklərə və referenduma hazırlaşaydı, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı avqustun səkkizində Vaşinqtonda imzalanmış və razılaşdırılmış sənədlərə uyğun öz öhdəliklərini həyata keçirəydi.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Noyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri