Icma.az
close
up
RU
Saakaşvili və Cənubi Ossetiya: Rusiyanın tarixi təhrif etmə strategiyası

Saakaşvili və Cənubi Ossetiya: Rusiyanın tarixi təhrif etmə strategiyası

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstan hökuməti, keçmiş prezident Mixail Saakaşvilinin dövründə yaradılmış Cənubi Ossetiyanın müvəqqəti administrasiyasını ləğv etməyə qərar verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papaşvili məlumat verib.

Papaşvili bildirib ki, "Gürcüstan illərdir Abxaziya və Cənubi Ossetiyanın müstəqilliyini tanımamaq siyasətini güdür. Saakaşviliyə bağlı Milli Hərəkət Partiyasının bu terminologiyanı, hətta dolayı yolla, istifadə etməsi konstitusiya və milli maraqlarımıza xəyanət idi. Cənubi Ossetiya Gürcüstanın siyasi və hüquqi məkanında yoxdur. Buna görə də, hökumətlə aparılan məsləhətləşmələr nəticəsində, keçmiş Cənubi Ossetiya müstəqil rayonunda yaradılmış administrasiyanı ləğv etmə qərarı verdik", - deyə Papaşvili jurnalistlərə açıqlamasında qeyd edib.

Papaşvili, 2007-ci ildə Cənubi Ossetiya administrasiyasının yaradılmasının 1990-cı ildə ləğv edilən Cənubi Ossetiya muxtar vilayətinin sərhədlərinin bərpa olunmasına səbəb olduğunu iddia edir. Bu qərar 2008-ci il münaqişəsinə gətirib çıxaran amillərdən biri olub. Spikerin sözlərinə görə, belə addımlar "xarici güclərin geosiyasi oyunlarının bir hissəsi idi və Gürcüstan burada sadəcə, qurban verilən bir fiqur kimi istifadə olunurdu".

Cənubi Ossetiya administrasiyası 2007-ci ildə, Mixail Saakaşvili prezident olduğu dövrdə Gürcüstanda yaradılmışdı. Tbilisidə yerləşən bu administrasiyaya, Cənubi Ossetiya üzərində Gürcüstanın nəzarətini itirməsinə baxmayaraq, keçmiş muxtar vilayətinin idarə olunması vəzifəsi verilmişdi. Ən çox, Vladimir Sanakoyevin rəhbərlik etdiyi, 2022-ci ildən isə Tamaz Bestayevin başçılıq etdiyi administrasiya, Cənubi Ossetiya qaçqınlarına humanitar yardım göstərməklə məşğul olub.

Qeyd edək ki, bu xəbəri Rusiyameyilli hakimiyyətdə təmsil olunan, Gürcüstan parlamentinin spikeri Şalva Papaşviliyə istinadla Rusiya mətbuatı yayıb və utanmadan Cənubi Ossetiyanın Gürcüstandan ayrılmasını keçmiş prezident, hazırda həbsdə olan Mixail Saakaşvili ilə əlaqələndirməyə çalışır. Məlumdur ki, Saakaşvili Rusiyanın Gürcüstana nəzarət etmək cəhdlərinə qarşı kəskin mövqedə olub. Həm vaxt o, ölkəsinin Rusiya tərəfindən parçalanmasına qarşı çıxmışdı və buna görə də rus tankları Tiflisin ətrafına qədər irəliləmişdi. Rusiya, hər halda, özünün rahatlıqla tarixi unuda biləcək bir güc olduğunu nümayiş etdirir.

Rusiya mətbuatının Cənubi Ossetiyanın Gürcüstandan ayrılması ilə bağlı keçmiş prezident Mixail Saakaşviliyə yönəltdiyi ittihamlar, bir tərəfdən, Gürcüstanın daxili siyasi və geosiyasi gərginliklərini yenidən gündəmə gətirir, digər tərəfdən isə Rusiyanın tarixi manipulyasiya etmə və həqiqətləri təhrif etmə alışqanlığını ortaya qoyur. Rusiya, öz maraqlarına uyğun olaraq, keçmişdəki hadisələri müxtəlif şəkildə təqdim edərək, təkcə Saakaşviliyə qarşı deyil, həm də Gürcüstanın müstəqillik və suverenlik mübarizəsinə qarşı mənfi rəy yaratmağa çalışır. Bu tip təhrif olunmuş yanaşmalar, həqiqətin unudulmasına və ya saxtalaşdırılmasına səbəb olur, xüsusilə də Rusiyanın tarixə öz perspektivindən baxmağına güvənərək, tarixi həqiqətləri və geopolitik oyunları öz maraqları çərçivəsində dəyişdirir. Bu, Gürcüstanın müstəqillik əzmini zəyiflətməyi hədəfləyən, uzun müddət davam edən strategiyanın bir hissəsidir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Noyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri