Icma.az
close
up
RU
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.

Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

(Mirzə Ələkbər Sabir)

Bu epiqrafın məsəli ana dilimizdən uzaq, analogiya aparmaq üçün isə yerində olan beytdir. Ona görə “məsəli uzaq” deyirəm ki, Azərbaycan dili bədbəxtlik kontekstindən çoxdan uzaqlaşıb. Bu dili bədbəxt olmaqdan xilas edən isə Azərbaycan dilinin şəhdini, şirəsini qələminin canına çəkmiş yazıçı-şairlər, qələm adamları, yüksək qiraətlə, ustacasına nitqlər söyləyən ayrı-ayrı şəxslər olub.

Qısa haşiyə çıxıb bir vacib məsələyə fokuslanaq. Bəzən Azərbaycan dilinin tərkibində alınma sözlərin, nisbətən, çoxluğunu bayraq edib dilə töhmət libası biçirlər, məzəmmətli çıxışlarla Azərbaycan dilinə dərs keçməyə çalışırlar. Demək olar ki, bütün dillərin leksik fondu alınma sözlərlə zəngindir. Avropa mənşəli neologizmlərin (həmin neologizmlər sonradan ümumişlək sözə çevrilir) ilbəil dildə çoxalması təbii haldır. Əgər dildə neologizm yaranmırsa, demək, texnoloji, həmçinin müxtəlif ixstisaslaşmış sahələrdə tərəqqi dayanıb. Dil orqanizm kimi özü-özünü tənzimləyən və bu tənzimləmə prosesində cəmiyyətin, dövrün, proseslərin ümumi mexanizminə uyğunlaşan məhfumdur. Ona müdaxilə etmək və ona hökm oxumaq həddindən artıq çətin, çox vaxt isə mümkünsüzdür...

O ki qaldı ərəb-fars mənşəli sözlərin vaxtilə dilə keçməsinə, könül istərdi, fars mənşəli sözlərin sayı dilimizdə az olsun. Amma bu sənin, mənim könlümün istəməyi ilə mümkün olan bir şey deyil. Dövrün, quruluşun diqtəsi ilə dilimizdə özünə geniş yer edən bu leksik təbəqə şeirin, poeziyanın, musiqinin dilinə çevrildi. İstəsək də, bundan azad olmaq qeyri-mümkündü. XXI əsrdə “Niyə dilimizdə ərəb-fars mənşəli sözlər çoxdur?” polemikasını qabartmaq əbəsdir, vaxt itkisidir.

İndi deyəcəksiz, bu məsələ hardan yada düşdü? Heç vaxt yarımadığımız qonşumuz Rusiyanın Səfərovlar ailəsinin başına gətirdiyi faciələrin fonunda gərginləşən əlaqələr yenidən rus dilinin cəmiyyətdə geniş yayılması narahatlığını yada saldı. Vaxtilə SSRİ-nin tərkibində olan türk dövlətləri, eşitdiyimə görə, rus dilinin vassallığından xilas olmayıb. Ötən ay Qırğızıstanda olarkən bunun canlı şahidi oldum. Bir var rusdillilərin ölkədə sayının çox olması, bir də var ki, rus dilinin rəsmən ikinci ana dili kimi qəbul edilməsi... Qırğızıstanda bütün iaşə obyektlərinin adını özündə əks etdirən lövhələrdə rus dilində yazılanların qarşılığını mütləq görürük. Sözümün canı, onlara baxanda bizdə dillə bağlı məsələ bir az babatdı. Amma qaneedicidirmi?

Bir dəfə Bakının mərkəzində – Nizami küçəsində Şəhriyar del Gerani ilə kiçik təcrübə apardıq. Ədəbiyyat muzeyinin yanında dayanıb qulağımıza dəyən sözləri-söhbətləri analiz etdik və çox qəribədir ki, beş dəqiqə müddətində bir Azərbaycan sözü eşitmədik.

Mən özüm evdə rus bölməsində oxuyan dayım uşaqları ilə söhbət edə bilmirəm. Çünki bir-birimizi başa düşmürük.

Statistika insanı dəhşətə gətirir; Azərbaycanda 340 rusdilli məktəb fəaliyyət göstərir. Onlardan 17 məktəb yalnız rus dilində tədris aparır. Bu məktəblər Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır. Rus bölməsində təhsil alan şagirdlərin sayı təxminən 156-160 min nəfərdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.

Bu say Azərbaycan kimi ölkə üçün həddindən artıq çoxdur. Məsələnin iqtisadi, vergi öhdəliyi kimi aspektlərini də nəzərə alaraq, qəti bir sual meydana gəlir:

Bu qədər rusdilli şəxs nə üçün və kimin üçün formalaşdırılır?

Hansı zərurət, hansı vacib çatışmazlıq bu qədər şəxsin rus dilində təhsil almasını labüd edir?

Heç kimə filan dili öyrən, filan dili öyrənmə demək olmaz. Amma bu dil dövlət hesabına kütləvi şəkildə öyrədilirsə, üstəlik, Rusiya tərəfindən belə qıcıqlandırıcı məqamlar, qərəzli münasibət tez-tez gündəmə gəlirsə, bu canfəşanlığa nə ehtiyac var?

Kim öz dil biliklərini artırmaq istəyirsə, öz büdcəsi hesabına bunu həyata keçirsin. Büdcəsi imkan vermirsə, xüsusi sosial layihələrə müraciət etsin...

İşəgötürənlərin də bu məsələdə günahı böyükdür. Əksəriyyət rus dili biliyi tələb edir. İşə götürəndən sonra qısamüddətli kurs təşkil edib lazımi səviyyəyə çatdırmaq olar.

Bu söhbətlər qızışan vaxt feysbukda bir status qarşıma çıxdı:

“Menyusu yalnız rus dilində olan və Bakıda fəaliyyət göstərən məkanları etiketləyin. Hər birini ziyarət edib ardınca da şikayət edəcəyik”.

Rəylərdə yazılmışdı ki, Bakıda elə restoranlar var ki, heç Azərbaycan dilində menyusu yoxdur.

Bu menyuların dilini hansısa ictimai qınaqdan çəkinib dəyişəcəklər, bəlkə də. Kim bilir, heç əhəmiyyət verməyəcəkləri də şübhə yaratmır. O rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır. O başın yerinə milli heysiyyəti özündə ehtiva edən təfəkkür yerləşdirmək lazımdır.

Azərbaycan bölməsində təhsili elə sanbala mindirmək lazımdır ki, bu camaat da rus bölməsinə üz tutmasın, uşağının rus bölməsində oxuması ilə öyünməsin.

İndi bizim həmin o sahibkarlarımız Sonyalara bənd olub Tükəzabanları taleyin umuduna buraxmamalıdır. Vətəndaş məsuliyyəti deyilən bir şey var. Bu dildə bizi təhqir edirlər. Şəxsən bu proseslərin yekunu kimi rusların Şahin Şıxlinskinin maşından o cür düşürdüb yerə yıxdığını görəndə özümü alçaldılmış hiss etdim. O videolara baxandan sonra rusca söz eşitməkdən imtina etmək bizim hamımızın təmiz haqqıdır.

Rus dilinin cəmiyyətə nüfuz etməsindən gileylənəndə fars, ərəb, Avropa dillərindən alınmaları adamın başına danqıldatmaq lazım deyil. O sözlər nə vaxtsa, necəsə dilə çəkib. İndiki təhlükədən qorunmaq nə vaxtdan qəbahət olub?!

Yazının sonunda Mövlud Süleymanlının Alik Əlioğluya göndərdiyi məktubdan bir hissəni paylaşıram:

“Mən 1960-cı ilin yayında orta məktəbi qurtarıb, Tiflisə gəlib inşaatda-tikintidə işləməyə başladım. Bir neçə gürcü tələbəylə dostluğumuz yarandı. Axşamlar Rustaveli prospektinə gəzməyə çıxardıq. Mən elə ilk gündən anladım ki, onlar evdə, işdə bir cür, şəhərin mərkəzində tamamilə ayrı cür danışırlar; səslərini, ifadələrini dəyişirlər. Bir dəfə dedim:

– Nodari, sən küçəyə çıxan kimi səsini, danışığını dəyişirsən, niyə?

– Bələ də olmalıdı,– dedi Nodari, – mən gürcü xalqının dilini, ifadəsini daşıyıram, Rustaveli prospektində yad-yabancı millətlər çoxdu, onlar bu dili anlamasalar da, səslənməsini bəyənməlidirlər...”.

Sazın anasını kim yandırdı? – Aşıq Ələsgərin heykəlini pisləyənlər bilməlidir ki... Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri Demək istədiyindən əminsənmi? - Nadir Yalçın
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 İyul 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see205

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see205

Azərbaycan İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq

14 İyun 2026 02:31see197

Dünya çempionatı kim üçündür, azarkeşlər üçün, yoxsa reklamverənlər üçün? Kloppdan sərt fikirlər

14 İyun 2026 02:33see195

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see193

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see191

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see182

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see174

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see169

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see168

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see165

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 23:15see164

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see164

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see163

Braziliya Mərakeşi məğlub edə bilmədi Video Yenilənib

14 İyun 2026 04:07see163

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

14 İyun 2026 23:39see161

Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc Astroloqların siyahısı

14 İyun 2026 23:21see159

Tramp İsrailin Beyruta zərbəsini pislədi

14 İyun 2026 21:04see158

Bu saatlarda çölə çıxmayın, təhlükə var! Əhalinin nəzərinə

14 İyun 2026 11:09see157

Ultimatum və siyasi tələ: Zelenski onlara qalib gəldi

14 İyun 2026 13:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri