Rusiya 1400 miqrantı deport edəcək
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Moskvada bu ilin 9 ayı ərzində ictimai yerlərdə, ticarət və ərzaq mərkəzlərində, yataqxanalarda və digər yerlərdə 7632 reyd keçirilib. Yoxlamalardan sonra 1400-ə yaxın miqrantın deportasiyası ilə bağlı qərarlar qəbul edilib, onlardan 450-dən çoxu artıq ölkədən deportasiya edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.
“Miqrasiya sahəsində 58 mindən çox qanun pozuntusu müəyyən edilib ki, onların da əksəriyyəti - təqribən 15 mini xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən Rusiyaya giriş və ya Rusiyada olma qaydalarını pozması ilə bağlıdır”, - məlumatda deyilib.

Türkiyə 56 qanusuz miqrantı deport edəcək
19 Sentyabr 2025 09:06
Ermənistanın 1400 TIR ı Rusiya sərhədində qaldı
27 İyul 2025 23:06
Ukrayna 1400 kilometr uzaqdan Rusiya zavodunu vurdu VİDEO
24 Sentyabr 2025 10:35
Rusiya daha bir kəndi ələ keçirdi, 1400 əsgər öldü
30 May 2025 14:20
Rusiya 80 min miqrantı ölkədən qovub
08 Yanvar 2025 13:29

