Icma.az
close
up
RU
Rusiya ABŞ yaxınlaşması: Paşinyanın kursu iflasa uğrayacaq

Rusiya ABŞ yaxınlaşması: Paşinyanın kursu iflasa uğrayacaq

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Rusiya ilə ABŞ arasındakı münasibətlərdə xeyli sayda problem var, onların böyük əksəriyyəti məhz ABŞ-ın postsovet məkanını, o cümlədən Cənubi Qafqazı tənzimləmək və təsir etmək istəyi ilə bağlıdır. Bu baş verməsə, o zaman Cənubi Qafqazda vəziyyət daha sakit olacaq. Moskva ilə Vaşinqton arasında münasibətlər yaxşılaşdıqca, Rusiya və Azərbaycanın müdafiə etdiyi fikrin – regionun suverenliyinin təntənəsini görəcəyik, yəni region ölkələri öz müqəddəratlarını təyin etsin, hansısa hərbi bloklara, məsələn, AB kimi regiona aidiyyatı olmayan dövlətlərarası assosiasiyalara çəkilməsin. Düşünürəm ki, zaman keçdikcə Ermənistanın daha çox qərbyönlü mövqeyindən uzaqlaşdığını görəcəyik. O zaman Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa daha tez razılıq verməsi şansı var”, - o bildirib.

Naumovun sözlərinə görə, Azərbaycan və Gürcüstan Rusiya ilə ABŞ arasında potensial normallaşmanı müsbət qəbul edir:

“Çünki bu, regionda sabitliyə töhfə verəcək. Artıq Gürcüstan baş nazirinin Zelenski ilə bağlı qalmaqallı vəziyyətdə Trampı necə dəstəklədiyini görmüşük. Bakı və Tiflis regionun Rusiya ilə Qərb arasında maraqların toqquşması meydanına çevrilməsini istəmir. Azərbaycan və Gürcüstan paralel idxalın azalması səbəbindən Rusiya-ABŞ böhranının həllində cüzi itkilərə məruz qala bilər, lakin ümumilikdə bu, onlar üçün ağrılı olmayacaq. Ermənistan paralel idxalın azaldılmasından xeyli itirəcək. Üstəlik, AB, NATO Ermənistanı öz içinə çəkmək cəhdlərindən əl çəkməyə məcbur olsa, Nikol Paşinyanın yeni Qərb himayədarları tapmaq kursu iflasa uğrayacaq. İrəvanın Azərbaycan, Türkiyə və Rusiya ilə barışmağı, kənar qüvvələrin bölgəyə sürüklənməsinə son qoymağı prioritet hesab etməsi Ermənistanın maraqlarından, erməni xalqının maraqlarından çıxış edərək, suverenlik əldə etmək, erməni xalqı və bütövlükdə ölkə üçün yaxşı olardı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Mart 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri