Rusiya ağırlıqqaldıranları dünya çempionatlarına qayıdırlar
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Ağırlıqqaldırma üzrə Rusiya yığması gənclər və yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək.
İdman.biz xəbər verir ki, yarış gələn ay Perunun paytaxtı Limada keçiriləcək.
Rusiya millisi mundial üçün 33 atlet sifariş edib. Yarışa neytral statusla, IWF bayrağı altında qatılacaq şimallılar təxminən 3,5 ildən sonra dünya çempionatına qatılacaq. Onlar 2021-ci ildən sonra yarışlara buraxılmayıblar. Həmin ilin mayında Özbəkistanda yeniyetmələrin, oktyabrında Səudiyyə Ərəbistanında gənclərin dünya çempionatı keçirilib. Böyüklərin turniri isə dekabrda Özbəkistanda baş tutub.
Qeyd edək ki, bu il böyüklərin mundialı oktyabrda Norveçdə keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Azərbaycan çempionatlarına yekun vurulub “Azəryol”dan qızıl medallar
17 May 2025 17:18
İlk günün ən güclü ağırlıqqaldıranları FOTO
25 Yanvar 2025 18:00
Doğma yurdlarına qayıdırlar
29 Noyabr 2024 09:14
Qəhrəmanlar Avropa çempionatına qayıdırlar
05 Aprel 2025 14:41
Doğma yurdlarına qayıdırlar Fotolar
23 May 2025 08:05
Baxış sayı:55
Bu xəbər 19 Mart 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















