Icma.az
close
up
RU
Rusiya artıq Ukraynanın 4 bölgəsini istəmir Fidan Putinin yeni tələblərini açıqlayıb

Rusiya artıq Ukraynanın 4 bölgəsini istəmir Fidan Putinin yeni tələblərini açıqlayıb

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fidan qeyd edib ki, Türkiyədə keçirilən danışıqların üçüncü raundunda ilk dəfə olaraq Ukrayna və Rusiyanın konkret mövqeləri təqdim olunub.

Modern.az-ın məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu haqda TGRT Haber telekanalına müsahibəsində bildirib.  O deyib ki, Rusiya Ukraynanın qismən işğal olunmuş dörd bölgəsinə artıq tam nəzarəti ələ keçirmək niyyətində deyil.

"Əvvəllər ruslar dörd bölgənin bütün inzibati sərhədlərini ələ keçirmək niyyətində idilər. İndi onlar bu tələblərdən əl çəkiblər", - o deyib.

Fidan bildirib ki, Türkiyədə Ukrayna və Rusiya arasında keçirilən danışıqların üçüncü raundunda ilk dəfə olaraq hər iki tərəfin konkret mövqeləri təqdim olunub. Onun sözlərinə görə, məsələ daha sonra ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçirilən görüşdə müzakirə edilib.
Türkiyənin xarici işlər naziri qeyd edib ki, Rusiya indi bütün Donetsk bölgəsinə nəzarəti ələ keçirmək, eləcə də Zaporojye bölgəsində təmas xətti boyunca mövqelər tutmaq istəyir.

"Bu, dörd ilə yaxındır davam edən müharibə üçün əsas yaradır. Bunun hər iki ölkə, xüsusən də ukraynalılar üçün çətin qəbul edilən tərəfləri var", - diplomat vurğulayıb.
Fidan həmçinin etiraf edib ki, Donetsk vilayəti itirilsə, Ukraynanın qalan əraziləri müdafiə etməsi daha çətin olacaq. Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlik təminatları vəziyyətin sabitləşməsinə və dialoqun inkişafına kömək edəcək.

Daha əvvəl "Politico" yazmışdı ki, avropalı diplomatlar və hərbi rəsmilər Ukrayna və Rusiya mövqeləri arasında 40 kilometrlik bufer zonanın yaradılmasını nəzərdən keçirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Avqust 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri