Icma.az
close
up
RU
Rusiya atom bombasını atacaqmı?

Rusiya atom bombasını atacaqmı?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Son günlər Rusiya -Ukrayna cəbhəsində qarşılıqlı şəkildə irimiqyaslı zərbələr getdikcə səngimək bilmir, əksinə proseslər kütləvi qırğın silahından istifadə həddinə doğru aparır. 24 mayda Kiyevə 90 ballistik raket və 600 ədəd PUA -larla hücum, üstəlik “Oreşnik” raketi ilə Beloy Tserkov şəhərinin vurulması az qala bir Taktiki Nüvə Silahının yaratdığı dağıntılara bərabərdi. Ukrayna prezidenti Zelenskinin Rusiyanın son hücumları ilə bağlı dedikləri yalnız Ukraynanın deyil, bəşəriyyətin hansı təhlükə ilə üz-üzə qaldığına işarədir: "Biz parad üçün icazə verdik, amma Rusiyanın dəlilik etməyə icazəsi yoxdur. Bu müharibənin bitməsi lazımdır - bizə bir nəfərin xəstə ambisiyalarını təmin etmək üçün raketlər yox, sülh lazımdır. Rusiyanın yaxınlıqda olması daimi təhlükədir. Ukraynadakı xalqımız bu təhlükəni cilovlayır və dayandırır. Lakin dünya kiminlə qarşılaşdığımızı aydın şəkildə görməlidir."

 Rusiyanın bu yaxınlarda nüvə təlimi keçirməsi perspektiv planlar üçün manevrlərin mahiyyətini göstərməklə yanaşı Kremlin gizli problemlərini də üzə çıxarır.

19-21 may tarixlərində Rusiya Belarusla birlikdə təlimlər keçirib və Belarus ərazisində yerləşdirilən nüvə silahlarının birgə istifadəsini tətbiq edib. Belarus Müdafiə Nazirliyi də öz növbəsində 18 maydan başlayaraq nüvə döyüş bölmələrinin paralel manevrlərini keçirib. Moskva əvvəllər Belarusa taktiki nüvə silahları yerləşdirib və bunun Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni pozmadığını iddia edib. Eyni zamanda həm döyüş meydanında istifadə, həm də uzaq hədəflərə məhdud zərbələr endirmək üçün taktiki nüvə silahları daşıya bilən “İskəndər” raket sistemlərini Minskə təhvil verib. Hərbi analitiklər və beynəlxalq müşahidəçilər nüvə ritorikasının son zamanlar intensivləşməsinin və avadanlıqların nümayişkaranə şəkildə yerləşdirilməsinin Kremlin müharibənin üçüncü ilində Rusiya ordusunun dərin böhranını gizlətmək, çıxılmaz vəziyyəti gizlətmək və Ukraynaya hərbi dəstəyi məhdudlaşdırmaqla Qərbi qorxutmaq üçün birbaşa cəhdi olduğu qənaətindədirlər.

Rusiya rəhbərliyi taktiki nüvə silahları (TNS) mövzusundan əsas siyasi təzyiq vasitəsi kimi istifadə edir. Beynəlxalq siyasi şərhçilər bu təlimlərin əsl səbəblərini və mahiyyətini ortaya qoyur:

 Təlimlərin siyasi mahiyyətinə diqqət etsək, aydın olur ki,  bu manevrlərin əsasən geosiyasi məqsəd daşıdığını görmək olar. Beynəlxalq siyasi şərhçilərin rəyinə görə Rusiyanın bu addımları sübut edir ki, Taktiki Nüvə Silahlarının siyasi funksiyası hərbi məqsədindən üstündür. Rusiya hakimiyyəti nüvə təlimlərindən Qərb ölkələrinə xəbərdaredici siqnal kimi istifadə edir.  Nüvə şantajının müntəzəmliyinə Moskva sistemli şəkildə qayıdır. 2022-ci ildə müharibənin ilk həftəsindən sonra da keçmiş müdafiə naziri Şoyquya:” .., strateji silahları hazır vəziyyətə gətirin” göstərişi də Ukraynadan çox Qərbi qorxutmaq məqsədi daşıyırdı. "Ukraynaya tammiqyaslı işğalın lap əvvəlindən bəri Rusiya rəhbərliyi müntəzəm olaraq nüvə ritorikasına müraciət edib. Bu, adətən Qərblə münasibətlərin gərginləşdiyi və ya Ukraynaya yeni silah tədarükü elan edildiyi anlarda baş verir."

Ənənəvi hərbi qüvvələrin zəifliyini kompensasiya etmək üçün Rusiya rəhbərliyi bu cür silahların istifadəsinin tarixi kontekstinə işarə edirlər. Sovet dövrünün, daha sonra isə Rusiya Federasiyasının hərbi doktrinasında taktiki nüvə silahları NATO-nun ənənəvi silahlardakı üstünlüyünü kompensasiya etmək üçün bir yol kimi görülürdü. Hazırkı kontekstdə bu, cəbhədəki mövqe durğunluğunu və resurs çatışmazlığını gizlətmək üçün hazırlanmış bir tüstü pərdəsinə çevrilir.

Müstəqil mənbələrin məlumatına görə, bu manevrlər zərbəyə həqiqi hərbi hazırlıq kimi deyil, rəsmi səfərlər fonunda diplomatik təzyiq aləti kimi qəbul edilir:

 Belarusa təzyiq isə neçə illərdir davam edir. Ukrayna Prezidenti Vladimir Zelenski birbaşa bildirir ki, Moskva təlimlərdən Minski münaqişəyə cəlb etmək üçün istifadə etməyə çalışır: "İndi Rusiya və Belarus arasında birgə təlimlərin keçirildiyini görürük. Başa düşürük ki, bu, Rusiyanın Belarusa davamlı təzyiqidir və Belarus ordusunu Ukraynaya qarşı müharibəyə cəlb etmək məqsədi daşıyır."

Nüvə eskalasiyasını Kremlin daha geniş xarici siyasət fəaliyyəti ilə əlaqələndirmək mümkündür. Bu addımlardan dərhal sonra Vladimir Putin Çinə səfər etdi və orada Si Cinpinlə danışıqlar apardı. Moskvanın bu səfərdən əvvəl və səfər zamanı nüvə silahını qılınc kimi oynatması danışıqlar mövqeyini gücləndirmək və Pekinə Qərblə qarşıdurmada hər şeyə hazır olduğunu nümayiş etdirmək cəhdi kimi istifadə edilib.  Kremlin hərəkətlərini Ukraynanın tərəfdaş ölkələrində daxili müzakirələrə təsir göstərmək cəhdi kimi şərh etmək mümkündür. Bu addımların məqsədi eskalasiya qorxularını alovlandırmaq və Qərb siyasətçilərini Kiyevə hərbi yardımı məhdudlaşdırmağa məcbur etməkdir.

Rusiyanın son nüvə manevrləri qıtlıqla bağlı klassik hərbi-siyasi blefdir. Ənənəvi qüvvələrlə cəbhədə dönüş nöqtəsinə nail ola bilməyən və kəskin kadr çatışmazlığı ilə üzləşən Kreml süni şəkildə riskləri artırır. Daxili auditoriya üçün bu təlimlər Rusiyanın arxa cəbhəsindəki itkiləri və hücumları gizlədən bir pərdə rolunu oynayır, xarici auditoriya üçün isə Ukraynaya hərbi yardımı bloklamaq və Qərbi birbaşa qorxutmaq üçün bir vasitə rolunu oynayır. Ətraflı təhlil göstərir ki, Moskvanın ənənəvi müharibə resursları çox məhduddur və nüvə şantajı onun son kozırı olaraq qalır.

İlham İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 May 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see428

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see342

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see267

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see255

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see221

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see191

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see183

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see170

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see168

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see162

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see162

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see161

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see161

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see159

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see159

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see155

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see153

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see153

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see151

Mbappe Fransa tarixində ilkə imza atdı 100 cü qol töhfəsi

10 İyul 2026 03:55see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri