Icma.az
close
up
RU
Rusiya aviasiyasının Hələbi bombalamasının heç bir effekti yoxdur. Çünki...” ANALİTİK

Rusiya aviasiyasının Hələbi bombalamasının heç bir effekti yoxdur. Çünki...” ANALİTİK

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Çünki Ukraynada proses faktiki olaraq həm Gürcüstandakı, həm də Suriyadakı proseslərə bir yol açıbdır. Və həmin yolun açılması nədən ibarət olub? Moskvanın mövqelərinin zəifləməsindən...”

“Hər üç hadisə, əlbəttə, geo-siyasi baxımdan əlaqələndirilə bilər. Amma nəzərə almalıyıq ki, burada bir bucaqdan baxış yanlışdır. Biz buna həm də ölkələrin daxili durumu baxımından yanaşmalıyıq.  Bu mənada Ukraynada məsələ aydındır. Rusiya Ukraynaya qarşı hərbi təcavüz həyata keçirib və bu ölkə öz ərazi bütövlüyü və suverenliyini qorumaq üçün müharibə aparır. Və Ukrayna Qərb tərəfindən dəstəkləndiyindən Rusiya ciddi uğurlar əldə edə bilmir. Bu da Moskvanın mövqelərini zəiflədir, Ukraynada isə böyük dağıntılar, insan fəlakətləri yaşanır, ölkə faktiki olaraq böhran içindədir. Lakin eyni zamanda, dediyim kimi, Rusiyanın da mövqeləri zəifləyir”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında qlobal siyasət, eləcə də geo-siyasət baxımından bu gün Ukrayna, Suriya və Gürcüstanda paralel olaraq baş verənlər arasında  hansı ümumi əlaqənin olması haqda danışarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.

“Gürcüstana gəldikdə, orada bir siyasi böhran yaşandığını görürük. Hakimiyyətdə bir rusiyapərəst hökumətdir və seçkiləri öz istədiyi kimi keçirdir ki, bu da xalqın etirazıyla qarşılandı. Suriyada isə... aydın məsələdir. Orada artıq vətəndaş müharibəsi xeyli vaxtdır ki, davam edir, ölkə faktiki olaraq müxtəlif hissələrə parçalanıb, sonra atəşkəs əldə olunub. Ancaq indi həmin atəşkəs də pozulub. Deməzdim ki, bu 3 olayın üst-üstə düşməsi məhz zaman baxımından əlaqəlidir. Çünki Ukraynada proses faktiki olaraq həm Gürcüstandakı, həm də Suriyadakı proseslərə bir yol açıbdır. Və həmin yolun açılması nədən ibarət olub? Moskvanın mövqelərinin zəifləməsindən... Biz gördük ki, Suriyada üsyançılar hücuma keçəndə Bəşər Əsəd təcili özünü Moskvaya çatdırdı. Ancaq belə görünür ki, Kremldə ona qənaətbəxş bir cavab verilmədi. Düzdü, bu gün Rusiya aviasiyası Hələbi və üsyançıların nəzarətində olan digər məntəqələri bombalayır. Amma bunun heç bir effekti yoxdur. Ona görə effekti yoxdur ki, Suriyadakı üsyançılar mobil qruplar şəklində irəliləyirlər. Və onların, deyək ki, hansısa mərkəzi idarətmə məntəqəsi-filanı yoxdur deyə, bu bombardmanlar effektiv deyil. Deməli, Rusiya artıq Suriyada zəif görünür”, - deyə davamında ekspert diqqətə çatdırıb.

“Yəni, sırf geo-siyasi baxımdan da bu üç hadisə, proses arasında bağlılıq var, elə deyilmi?” sualını isə analitik belə cavablandırıb:

“Bəli, hər 3 nöqtəyə geo-siyasi bucaqdan baxdıqda da, sözsüz ki, əlaqə görünür. Aydın olur ki, Rusiyanı Yaxın Şərqdən sıxışdırıb çıxarmaq planı mövcuddur. Ən azı, buna cəhd olunur. Digər tərəfdən isə Moskvanı Yaxın Şərqdən çıxarmaq üçün onun həm də o regiona yolunu bağlamaq lazımdır. Həmin yol isə Qafqaz üzərindən keçir. Məntiqlə biz başa düşürük ki, bütün loqistika, daşınmalar iki yolla həyata keçirilə bilər. Birincisi,  Şimal-Cənub dəhlizinin bir qanadı sayılan Azərbaycan-Rusiya dəmiryolu vasitəsilə İran üzərindən, digər tərəfdən isə Gürcüstan üzərindən... Və Gürcüstan üzərindən keçməli olan dəmiryolunun bir hissəsi Abxaziyadan keçir. Və təsadüfi deyil ki, İvanişvili parlament seçkiləri ərəfəsində Abxaziyaya müəyyən reveranslar edirdi, üzr istəməkdən danışırdı və s. Lakin həmin plan pozuldu, Abxaziyada hakimiyyət dəyişdirildi və indi o proses Gürcüstanda baş verir. Bundan sonra, əlbəttə ki, Rusiyanın Yaxın Şərqdəki mövqeləri ciddi şəkildə zəifləyib. Və bu gün artıq bunun əlamətləri görünməkdədir. Rusiya Tartusdakı hərbi dəniz bazasından öz gəmilərini çıxarır. Bu gedişlə müəyyən müddətdən sonra aviasiya da çıxarılacaq. Çünki aviasiya elə bir sahədir ki, ona daimi xidmət lazımdır və bunun üçün lazımi infrastruktur olmalıdır. Əgər həmin infrastruktur, loqistika, xidmət imkanları itirilirsə və ya məhdudlaşırsa, artıq aviasiya da effektivliyini itirir. Sözügedən mənada bu, planlı bir əməliyyata oxşayır. Amma Azərbaycan üçün üzərindən yol məsələsi aktuallaşır və Putinin ölkəmiz üzərindən daşımalar həyata keçirmək üçün xüsusi nümayəndə təyin etməsi də buna bir işarə idi. Deməli, biz növbəti gərginliyi artıq həmin yolun bağlanması istiqamətində axtarmalı olacağıq. O, şimali Qafqaz ərazisində də, Azərbaycan ərazisində də ola bilər...”

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri