Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Sülh missiyasının 8 ci qələbəsi...

Sülh missiyasının 8 ci qələbəsi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Trampın vasitəçiliyi qlobal təhlükəsizliyə yeni təminat qazandırıb

XXI əsrin başlanğıcından bəri qlobal təhlükəsizlik sistemi ardıcıl sarsıntılarla üz-üzədir. Soyuq müharibədən sonrakı mərhələdə formalaşdırılmış beynəlxalq nizam, xüsusilə də sülhün qorunmasına cavabdeh olan institutlar - BMT və digər beynəlxalq strukturlar, xüsusilə, regional təhlükəsizlik alyansları (vaxtilə yaradılmış, bir neçə gün öncə rəsmən ləğv olunmuş ATƏT-in Minsk Qrupu timsalında) artıq müasir reallıqlar qarşısında effektiv deyil. Silahlı münaqişələrin coğrafiyası genişlənib, lokal toqquşmalar beynəlxalq rəqabətin qlobal müstəviyə daşındığı platformalara çevrilib, yeni güc mərkəzlərinin yüksəlişi və geosiyasi rəqabətin sərtləşməsi dünya təhlükəsizliyinin konturlarını dəyişib. Son 10 ildə isə xüsusilə müşahidə olunan bu proseslər nəticəsində sülhün davamlılığını təmin edən mexanizmlər işləmir, böhranların idarə olunması gecikir, diplomatik vasitəçilik isə çox zaman güc siyasətinin kölgəsində qalır. Bu fon qlobal aləmdə yeni vasitəçilərə, fərqli diplomatik yanaşmalara ehtiyac yaradıb.

Məhz belə bir mərhələdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın son 11 ay ərzində həyata keçirdiyi sülh təşəbbüsləri beynəlxalq siyasətdə diqqətçəkən hadisələrdən birinə çevrilib. Trampın barış proseslərinə müdaxiləsi həm üslub, həm də sürət baxımından klassik diplomatiyadan fərqlənir. O, daha çox açıq danışıq formatı və birbaşa əlaqələr üzərində qurulan vasitəçilik xəttini tətbiq edir. Nəticə etibarı ilə, Tramp artıq 8 münaqişənin bitməsinə vəsilə olub - beləliklə, ABŞ Prezidenti qlobal təhlükəsizlik arxitekturasına böyük töhfə verib.

Asiyada baş verənlərə müdaxilə...

Vurğulanan bu xətt hər bir münaqişənin həlli prosesində özünü göstərir. Məsələn, Ermənistan ilə Azərbaycan, Pakistan ilə Hindistan, Rusiya ilə Ukrayna, Konqo ilə Ruanda, İsrail ilə HƏMAS arasında baş verən münaqişələrin sonlandırılmasında, kataklizmlərin sülh prosesi ilə əvəzlənməsində Trampın səyi aşkar şəkildə görünür. Bu ilin oktyabrın 26-da ASEAN sammiti çərçivəsində, sərhəd toqquşmalarından sonra Tayland və Kamboca arasında genişlənmiş atəşkəs / barış razılaşması imzalanıb. Tramp həmin mərasimdə iştirak edib. Razılaşmaya görə, ağır silahlar sərhəddən çıxarılacaq, minlərlə minanın təmizlənməsi, nəzarət mexanizmləri yaradılması və sülh monitorinqi nəzərdə tutulub. Bu təşəbbüs Trampın Asiyada diplomatik rolunu bərpa etdiyini göstərən nümunə kimi qiymətləndirilib.

Və ya bir neçə gün öncə Ruanda ilə Konqo arasında sülh müqaviləsinin imzalanmasını buna misal çəkmək olar - müqavilə çərçivəsində Ruandanın KDR-dəki silahlı varlığına son qoyulması, qoşun geri çəkilməsi, silahlı qrupların silahsızlaşdırılması, təhlükəsizlik mexanizmlərinin yaradılması və regionda iqtisadi inteqrasiyanın təşviqi nəzərdə tutulub.  ABŞ, bu razılaşma vasitəsilə regionun iqtisadi inkişafını nəzərdə tutan bəzi addımları atılmasını da nəzərdə tutur. Bu isə, sülhün həm siyasi, həm də iqtisadi komponent daşıdığını göstərir.

Trampın sülh səyləri...

Və ya İsrail-HƏMAS qarşıdurmasına diqqət yetirək. Ötən ay qlobal təhlükəsizliyi təhdid edən əsas münaqişə ocaqlarından sayılan Yaxın Şərqdə sabitliyin formalaşması yönündə əsaslı addımlar atıldı - BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın qətnaməsini qəbul etdi. ABŞ tərəfindən təqdim edilən mətndə İsrail və Misirlə əməkdaşlıq edəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi və orada keçid idarəetməsinin qurulması üçün mandatın verilməsi qeyd olunur. Xatırladaq ki, oktyabrın 13-də Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində bununla bağlı sülh sazişi imzalanmışdıdı. Sazişin imzalanması prosesində sənədi dörd vasitəçi ölkə imzalamışdı: ABŞ, Qətər, Misir və Türkiyə. Trampın şəxsi səyi nəticəsində meydana çıxan sülh planı Yaxın Şərqdə silahların susmasına səbəb oldu. Artıq Qəzzada yeni inkişaf məorhələsinin başlanmasına ümidlər böyükdür. Planın ikinci mərhələsinin tətbiqinə start verilir.

Eyni fikirləri Pakistan ilə Hindistan arasında bu ilin yazından başlanan gərginliklərə də şamil etmək olar. Məlum olduğu kimi, aprelin 22-də Cammu və Kəşmir bölgəsində yerləşən Pahalqam şəhərində baş vermiş hadisənin ardından gərginləşən münasibətlər hərbi toqquşmaya yol açmışdı və Hindistan Kəşmir bölgəsində raket zərbələri endirmişdi. Sonradan atəşkəs əldə olunsa da, sabitlik məhz Trampın vasitəçiliyi ilə təmin olundu. Tramp mətbuata açıqlamasında da bildirmişdi ki, “Mən Hindistanla ticarət müqaviləsi bağlayırdım. Bildiyiniz kimi, Baş nazir Modiyə böyük hörmətim və sevgim var və münasibətlərimiz əladır. Eynilə, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə də o, əla insandır. Mən hər ikisini tanıyıram. Onlar iki nüvə dövlətidir və həqiqətən müharibəyə hazırlaşırdılar. Baş nazir Modiyə zəng etdim. Dedim ki, “Sizinlə ticarət müqaviləsi bağlaya bilmərik”. O dedi ki, “Xeyr, xeyr, ticarət müqaviləsi bağlamalıyıq.” Mən dedim ki, “Xeyr, bacarmırıq. Siz Pakistana qarşı müharibəyə başlayırsınız”. Cavab belə oldu ki, biz bunu etməyəcəyik. Sonra Pakistana zəng etdim. Dedim ki, “Sizinlə ticarət etməyəcəyik, çünki siz Hindistanla müharibədəsiniz”. Bilirsiniz, bunlar iki nüvə gücüdür. Onlar müharibəyə son qoydular”.

Bu kimi incə detallar digər münaqişələrlə bağlı da nəzərə çarpır. Məsələn, ABŞ Prezidenti aylardır ki, Rusiya-Ukrayna cəbhəsində sülhə nail olmaq üçün səy göstərir. Artıq bu istiqamətdə mühüm bir yol qət olunub.

Qlobal sülhə verilən töhfə...

Beləliklə, bir daha məlum olur ki, münaqişə bölgələri üzrə müxtəlif dərəcədə nəticələr əldə olunması bir tərəfdən ABŞ diplomatiyasının yenidən aktivləşməsi, digər tərəfdən isə ənənəvi mexanizmlərin əvəzlənməsi istiqamətində yeni tendensiyanın yaranması deməkdir. Trampın təşəbbüsləri göstərdi ki, bəzən formal strukturlardan çox fərdi diplomatiya, liderlərarası birbaşa dialoq və siyasi iradə həlledici rol oynaya bilir. Bu, qlobal təhlükəsizlik sistemində yeni dinamikaların formalaşmasına təkan verir. Nəticə etibarilə, son 11 ayda həyata keçirilmiş bu təşəbbüslər hər nə qədər tam davamlı sülh üçün kifayət etməsə də, dünya siyasətində yeni vasitəçilik texnikalarının yaranmasına, uzun illərdir dondurulmuş və ya mürəkkəbləşmiş münaqişələr üzrə hərəkətlilik yaradılmasına səbəb olub. Bu isə XXI əsrin mürəkkəb geosiyasi mühitində qlobal sülhün formalaşması istiqamətində əhəmiyyətli töhfə kimi qiymətləndirilə bilər.

Sülh İnstitutu Trampın adını daşıyacaq...

Konqo ilə Ruanda arasında sülhün imzalanması Donald Trampın sülh missiyasının 8-ci qələbəsidir. Bundan öncə ABŞ dövlət başçısı Kamboca və Tailand, eləcə də İsrail-Fələstin və digər qlobal münaqişələrin sülh yolu həllində öz vasitəçiliyini göstərmişdi. Bu arada, Amerika Sülh İnstitutu (US Institute of Peace, USIP) Vaşinqtonda yeni ad alıb - bundan sonra qurum Donald Trampın adını daşıyacaq. Bu barədə ABŞ Dövlət Departamenti “Twitter”də məlumat yayıb. Verilən xəbərdə göstərilir ki, institut “ölkə tarixində ən böyük danışıqlar aparanı”nın şərəfinə yenidən adlandırılıb. Qurumun rəsmi adı Donald J. Trump Institute of Peace olaraq dəyişdirilib.

Dövlət Departamenti başqa bir açıqlamasında vurğulayıb ki, 2025-ci il, İkinci Dünya müharibəsindən bəri ABŞ xarici siyasətində ən radikal dəyişikliklərin yaşandığı dövr olub: “8 ayda 8 müharibə bitirildi. ‘Amerika hər şeydən öndə’ siyasəti. Dünya səhnəsində hörmətin bərpası.” CNN-in məlumatına görə, Trampın adının yazıldığı lövhə institutun Vaşinqtondakı qərargahına 4 dekabrda Ruanda və Konqo Demokratik Respublikası arasında imzalanacaq sülh sazişi ərəfəsində quraşdırılıb. Sülh İnstitutu 1984-cü ildə prezident Ronald Reyqanın dövründə Konqres tərəfindən yaradılıb və konfliktlərin sülh yolu ilə həlli üzrə araşdırmalar və praktik fəaliyyətlə məşğul olub. CNN xatırladır ki, Tramp administrasiyası hakimiyyətdə olarkən USIP-in fəaliyyətini demək olar ki, tam dayandırmış və onu növbəti il üçün federal maliyyələşdirmədən məhrum etmişdi.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri