Rusiya Azərbaycan gərginliyi səngiyir “Yaxın günlərdə...”
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
“Rusiyanın ritorikasından, əməllərindən qaynaqlanan, Kreml üzündən yaranmış Azərbaycan-Rusiya gərginliyi səngiyir”.
Bakupost.az xəbər verir ki, bunu ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.
“Moskva anladı ki, Bakı ilə belə üslubda davrana, danışa bilməyəcəyək, buna görə də, geri addım atır, olsun, gərginliyin azalması yaxşıdır. Coğrafiya bizim taleyimizdir, buna görə də, bütün qonşularla normal münasibətlər ölkəmiz üçün prioritet olmalıdır”, - partiya rəhbəri bildirib.
N.Cəfərli qeyd edib ki, Bakının bir gözləntisi var - Kreml bərəbərhüquqlu, qarşılıqlı hörmətə söykənən münasibətlərə öyrəşməlidir:
“Moskva bunu nə qədər tez anlasa, qonşularla bərəbərhüquqlu münasibətlərinin olduğunu tez dərk etsə, Kreml üçün bir o qədər yaxşı olar. Moskva artıq cazibə mərkəzi, hegemon və bu coğrafiyanın ağası deyil, bir daha da olmayacaq. Rusiya bu yeni reallıqla barışıb yaşamağa öyrənməlidir.
Çox güman ki, yaxın günlərdə Azərbaycan və Rusiya liderləri (İlham Əliyev və Vladimir Putin) görüşəcək, gərginlik minimuma enəcək, amma heç nə unudulmayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Avqust 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















