“Rusiya Azərbaycana minnətdardır...” Zaxarova
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Azərbaycan hökumətinə İrana humanitar yardımın çatdırılmasında göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariyа Zaxarova brifinqdə məlumat verib.
Zaxarovanın sözlərinə görə, Rusiya İranda əhalinin humanitar təminatına dəstək göstərməyə davam edir. O xatırladıb ki, ikinci böyük partiya dərman vasitələrinin çatdırılması martın 27-də Astarada, İran-Azərbaycan sərhədində baş tutub. Həmin partiya 300 tondan artıq dərman preparatlarını əhatə edib və yük dəmiryolu vasitəsilə gətirilib. Eyni gündə Astara şəhərinə Dağıstanda toplanmış əlavə 150 ton humanitar yardım da yük maşınları vasitəsilə çatdırılıb.
Brifinqdə Zaxarova bildirib: "Biz Azərbaycan hökumətinə göstərilən dəstəyə görə minnətdarıq".
Rusiya nümayəndəsinin sözlərinə görə, humanitar yardımların təşkili beynəlxalq əməkdaşlıq və bölgədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmli addımdır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 Aprel 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















