Icma.az
close
up
RU
Rusiya Azərbaycanı Avrasiya İqtisadi İtifaqında (Aİİ) niyə görmək istəyir?

Rusiya Azərbaycanı Avrasiya İqtisadi İtifaqında (Aİİ) niyə görmək istəyir?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqında (Aİİ) görmək istəyir. Bunu Azərbaycanın Moskvadakı yeni səfiri Rəhman Mustafayevlə görüşündə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, xarici işlər nazirinin sabiq müavini Qriqori Karasin bildirib. 

Karasinin sözlərinə görə, Azərbaycanın üzvlüyü “ümumi məkanımızda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrini gücləndirməyə kömək edir”. Karasin həmçinin qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər yüksələn xətt üzrədir. Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması ideyası Rusiyanın siyasi dairələrində əvvəllər də müzakirə olunub, lakin Bakı bu birliyə qoşulmağa tələsmir və ümumiyyətlə, belə planlarının olmadığını bildirir.

Bu barədə Moderator.az-a danışan  Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, SSRİ dağılandan sonra Rusiya Azərbaycanı həmişə öz yanında görməyə çalışıb:

“Rusiya Müstəqil Dövlətlər Birliyi qurulan zaman Azərbaycanın təşkilatda olması üçün çoxsaylı cəhdlər göstərib və nəhayət Azərbaycan da bu birliyə üzv olub. Rusiya istəyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, yaxud Avrasiya İqtisadi İttifaqında da  Azərbaycan təmsil olunsun. Amma bu təşkilata üzv ölkələrlə Azərbaycan ikitərəfli çoxlu sahələr üzrə əməkdaşlıq edir.Ona görə Azərbaycanın  Aİİ  təşkilatına üzvü olmasının bu formatdan daha faydalı olacağını düşünmürəm. Rusiya bu yolla təşəbbüsçüsü olduğu təşkilatın üzvlərinin sayını çoxaltmağa, eyni zamanda, bunu regional, iqtisadi birlik kimi təqdim etməyə çalışır. Aİİ  iqtisadi əməkdaşlıq təşkilatından daha çox Rusiyanın  ambissiyalarını təmin edə biləcək siyasi birlik kimidir. Bu, Azərbaycan üçün ciddi heç nə vəd etmir. Odur ki, Azərbaycan bu təşkilata üzv olsa da, olmasa da, elə bir ciddi faydası yoxdur. Əsas məsələlərdən biri də Ermənistanın bu təşkilatın fəallarından olmasıdır. Ermənistan isə hələ də Azərbaycanla münasibətlərin normallaşmasında “tormozlayıcı” rol oynayır.Ona görə yaxın gələcəkdə  Azərbaycanın bu təşkilata üzvlüyü ehtimalı azdır”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri