Rusiya bacarmır: Ya biabırçı sülhə razılaşmalı, ya da...
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın Rusiyaya qarşı strateji zərbələri Rusiyanın ultra-millətçi informasiya məkanında getdikcə artan narahatlığa səbəb olur.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun analitik hesabatında qeyd olunub.
İnstitutun analitikləri rusiyalı şərhçilərdən birinə istinadla bildiriblər ki, Ukraynaya strateji zərbələr endirməkdə kömək edən Qərbin iqtisadi imkanları Rusiyanın potensialını xeyli üstələyir.
“Ukrayna ordusu hücumlarının miqyasını yalnız artıracaq. Bu arada, Moskva Qərbin iqtisadi potensialı ilə rəqabət aparmaq üçün kifayət qədər hava hücumundan müdafiə sistemləri istehsal edə bilmir. Buna görə də Kreml məğlub olmağa məhkumdur və dərhal müharibənin bitməsi məsələsini həll etməlidir”, - rusiyalı şərhçilərdən biri deyib.
Onun sözlərinə görə, Rusiya ya biabırçı sülhə razılaşmalı, ya da cəbhədə strateji hücum əməliyyatı aparmalıdır:
“Rusiya belə bir hücuma qadir deyil və buna görə də artıq biabırçı sülh üzərində işləyir”.
İnstitutun analitiklərinin fikrincə, bu cür bəyanatlar Ukraynanın Baltik dənizində Rusiya neft infrastrukturuna etdiyi hücumları fonunda verilib.
Qeyd olunub ki, artıq Rusiyada Ukrayna ordusunun cəbhə xəttindəki uğurlarını etiraf etməyə başlayırlar:
“Rusiyalı blogerlərdən biri şikayət edib ki, Rusiya artıq cəbhədə vəziyyəti öz xeyrinə dəyişə bilmir. Ukrayna ordusunun kifayət qədər uğurlu əks-hücumları Rusiyanın 2026-cı ildə hücum əməliyyatları aparmaq qabiliyyətini pozub.
Rusiyanın hücumuları davam etdirmək qabiliyyəti ilə bağlı şübhələr Dövlət Dumasında da ortaya çıxmağa başlayıb. Xüsusilə, Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev bildirib ki, Rusiyanın uzun müddətdir ələ keçirə bilmədiyi Donetsk vilayətinin Konstantinovka şəhəri uğrunda kampaniya vacib, lakin həlledici deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 31 Mart 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















