Icma.az
close
up
RU
Rusiya bankları Azərbaycanda bağlana bilər? CİDDİ ÇAĞIRIŞ

Rusiya bankları Azərbaycanda bağlana bilər? CİDDİ ÇAĞIRIŞ

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya ilə Azərbaycan arasında artan siyasi gərginlik fonunda, ölkəmizdə fəaliyyət göstərən Rusiya mənşəli bankların taleyi yenidən müzakirə mövzusuna çevrilib.
Rusiyanın Azərbaycandakı bankları bağlanmalıdırmı? Onların fəaliyyəti də məlum deyil, sanksiya altında olan bir ölkədir. Çirkli yeyintiləri belə bilinmir.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Müsavat Partiyasının üzvü, siyasətçi Tural Abbaslı bildirib ki, bu gün Azərbaycan və Rusiya arasında siyasi gərginlik var. Təəssüflə qeyd etməliyəm ki, Rusiya artıq bu gərginliyi kriminal səviyyəyə keçirib. Öz hüquq-mühafizə orqanlarını Azərbaycan vətəndaşlarına qarşı cinayətlərlə biruzə verir.

T. Abbaslının sözlərinə görə, Dövlət özünü cığal uşaq, yolu kəsən quldur, dağlarda gizlənən terrorçu kimi aparmamalıdır. Evlərə basqın etməməlidir. İnsanları məhkəməsiz, istintaqsız qətlə yetirməməlidir. Amma Rusiya bu gün bunları edir. Bu təkcə, hansısa kriminal hadisənin araşdırılması deyil, Azərbaycana təzyiq vasitəsidir. Azərbaycandan əldə etmək istədiyi siyasi maraqları əldə edə bilməyəndə həmişə Rusiyada yaşayan soydaşlarımıza əllərində olan riçaqlarla Azərbaycana təzyiq etmək istəyirlər. Azərbaycan da bu və ya digər formada ya qarşı qoyur, ya da razılığa gəlir. Amma bu gün Rusiya əllərində olan bütün riçaqlarla bizə təzyiq etməyə çalışırlarsa, hətta televiziya kanallarında bizi təhqir etdirirlərsə, digər beynəlxaq aləmdə öz təsir vasitələrindən istifadə edib Azərbaycanı sıxışdırmaq istəyirlərsə, təbii ki, Azərbaycan da buna adekvat formada cavab verməlidir. Demirəm ki, dövlət olaraq Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına qarşı qanunsuzluqlar, həbslər aparıb qətlə yetirsin. Amma, hər halda Azərbaycanda fəaliyyət göstərən böyük rus şirkətlərinin, bankların bu və ya digər formada fəaliyyətini məhdudlaşdırmaqla Rusiyaya mesaj vermək olar ki, “sən belə davam etsən, biz də təzyiqlər edəcəyik”, ki, artıq normal danışıqlara başlasınlar. Bu aspektdən baxaraq təbii ki, bankların da fəaliyyətinin məhdudlaşdırılması nəzərdən keçirilməlidir. Onsuz da Rusiya banklarının bir çox ölkələrdə fəaliyyəti məhdudlaşdırılıb. Hətta onların bank kartları belə ödəniş vasitəsi kimi beynəlxalq platformalarda qəbul edilmir. Amma Azərbaycan hələ də bu məhdudiyyətlərə, sanksiyalara qoşulmayıb. Bir mənada Rusiya iqtisadiyyatının bir nəfəsliyi rolunda çıxış edir. Belə bir çox qonşu ölkələr var və Azərbaycan da bu nəfəsliklərdən biridir. Əgər Rusiya özünü Azərbaycanla rəqib, düşmən dövlət kimi aparmağa davam etsə, təbii ki, Azərbaycan da əlində olan bütün riçaqlardan istifadə edərək Rusiyaya layiqli cavabını verməlidir. Düşünmürəm ki, Azərbaycanda Rusiya banklarının fəaliyyətinin məhdudlaşdırılması Azərbaycan iqtisadiyyatına ölümcül zərbələr vuracaq. Hər halda Rusiya banklarının Azərbaycan üzərindən etdiyi əməliyyatların miqdarının azalması Rusiyanın İqtisadiyyatına bu və ya digər formada təsir edə bilər.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri