Ramiz Mehdiyev yaşasa Cəzası 101 yaşında bitəcək
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, “boz kardinal” dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınaraq cəzanın real çəkilməsinə zərurət görülməyib.
Bəs şərti məhkum edilmiş Mehdiyevə hansı qadağalar qoyula bilər?
“Qafqazinfo”nun məlumatına görə, şərti məhkumluğun müəyyən qaydaları var. Amma bütün məhkumlara eyni qaydalar tətbiq edilməyə bilər, bu, məhkəmənin hökmündən asılıdır.
Şərti məhkum edilmiş şəxsə əsasən aşağıdakı qadağalar tətbiq olunur:
Ölkədən kənara çıxmaq;
Nəzarəti həyata keçirən orqana məlumat verilmədən daimi yaşayış yerini dəyişdirmək;
Müəyyən yerlərə getmək;
Elektron nəzarət vasitəsinin daşınması;
Müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə;
Alkoqolizm, narkomaniya, toksikomaniya və ya zöhrəvi xəstəliklərdən müalicə kursunun keçilməsi.
Bunlardan başqa, məhkəmə məhkumun islah edilməsinə kömək edən digər vəzifələr də müəyyən edə bilər.
Şərti məhkumetmə zamanı 6 aydan 5 ilə qədər sınaq müddəti müəyyən edilir. Bu müddət ərzində məhkum davranışı ilə islah olunduğunu sübut etməlidir. Əgər sınaqdan keçməsə, 88 yaşlı Ramiz Mehdiyevin cəzası 2039-ci ildə - 101 yaşında başa çatacaq.
Müxtəlif vaxtlarda qanını dəyişməklə və başqa üsullarla ömrünü uzatmağa çalışdığı deyilən “boz kardinal”ın cəzanın sonunadək yaşayıb-yaşamayacağını isə Tanrı bilir. Məlumat üçün deyək ki, Azərbaycan uzunömürlülər diyarıdır, ən yaşlı vətəndaşımız 4 ay əvvəl 136 yaşında vəfat edib.
Sail Ağasəlim
Baxış sayı:41
Bu xəbər 28 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















