Rusiya beynəlxalq futbol yarışlarına qayıda bilər Bu tarixdən...
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Beynəlxalq Futbol Federasiyası (FİFA) təşkilatın yaxın konqresində, apreldə Rusiyanın beynəlxalq turnirlərə qayıtmasını müzakirə edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Sport24" mənbələrinə istinadla yazıb.
Məsələ Rusiyanın əsas milli komandası, həmçinin gənclər, yeniyetmələr və qadın komandalarının mümkün iştirakına aiddir. Qeyd olunur ki, qayıdış tammiqyaslı ola bilər - milli bayraq və himn ilə birlikdə.
"Müsbət qərarın qəbul olunma ehtimalı yüksək qiymətləndirilir və qayıdış artıq bu ilin aprelində reallaşa bilər",- deyə mənbələr bildirir.
Hələlik FİFA-nın təşkilatçılığı altında keçiriləcək ən yaxın böyük beynəlxalq turnir 2026-cı il dünya çempionatı olacaq ki, Rusiya futbolçuları onu buraxırlar. Turnir ABŞ, Meksika və Kanadada keçiriləcək.
2022-ci ilin fevralında FİFA və Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Rusiyanın əsas və gənclər milli komandalarını, həmçinin Rusiya klublarını öz turnirlərindən kənarlaşdırıb. Klublar Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında çıxış edə bilməz, kişi milli komandası isə 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib. Həmçinin Rusiya futbolçuları 2024-cü il Avropa çempionatında iştirak etməyib və 2026-cı il dünya çempionatının püşkatmasında iştirak etməyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 02 Fevral 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















