Rusiya bombaladı, 13 yaşlı idmançı öldü KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Sumiyə endirdiyi hava zərbəsi nəticəsində 13 yaşlı atlet Ulyana Vorona həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə V.Qolubniçi adına Yüngül Atletika İdman Məktəbindən məlumat verilib.
“Dərin kədər və ifadəolunmaz ağrı ilə bildiririk ki, düşmən təcavüzü nəticəsində şagirdimiz Ulyana Voronanın həyatı başa çatıb.
11 iyulda düşmənin Sumi şəhərini KAB-lar tərəfindən atəşə tutması zamanı o, ictimai nəqliyyat dayanacağında olub. Ulyana parlaq və istedadlı idmançı idi”, – bəyanatda deyilir.
Ukrayna Atletika Federasiyasının prezidenti Olqa Saladuxa faciəyə münasibət bildirib.
“Rusiya idman gələcəyimizi məhv edir… Sözün hərfi mənasında.
Onun bütün həyatı qabaqda idi, çoxlu planları, ümidləri və gözləntiləri var idi. Ən əsası, o, sadəcə yaşaya və xoşbəxt ola bilərdi…”, – Saladuxa qeyd edib.
FLAU rəhbəri mərhum qızın ailəsinə başsağlığı verərək, bu cinayətdə məsul olanların ədalətli şəkildə cəzalandırılmalı olduğunu bildirib./publika
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 13 İyul 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















