Icma.az
close
up
RU
Rusiya bu halda Polşaya qarşı yeni cəbhə aça bilər... AÇIQLAMA

Rusiya bu halda Polşaya qarşı yeni cəbhə aça bilər... AÇIQLAMA

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Polşa arasında diplomatik gərginlik yaşanır. Varşavanın Rusiyanın diplomatik mülkiyyəti ilə bağlı tədbirlər görəcəyi təqdirdə, Moskvanın Polşaya qarşı cavab addımları atacağı bildirilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın hər hansı addımlar atacağı halda cavab tədbirlərinin qaçılmaz olduğunu qeyd edib. 

Maraqlıdır, Rusiya hansı addımı ata bilər? Putin yeni cəbhə açmaq iqtidarındadırmı?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Polşa-Rusiya əlaqələrinin əsas gərginləşmə səbəbi Rusiya-Ukrayna müharibəsidir. Onun sözlərinə görə, Polşa Ukraynaya hərbi yardımlar edir, bu da Rusiyanı narahat etməyə bilməz.

M.Əsədullazadə qeyd etdi ki, Rusiya və Polşa əlaqələri tarixin ən gərgin vaxtlarını yaşayır:

“Tərəflər arasında təkcə siyasi deyil, iqtisadi, təhlükəsizlik və hərbi sahədə də çox ciddi və dərin problemlər var. Polşa Rusiyaya qarşı sanksiyaların davam etdirilməsində mühüm rol oynayan ölkədir. Həmçinin Polşa Rusiyaya Ukrayna cəbhəsində də çox ciddi şəkildə problemlər yaradır”.  

Politoloq bildirdi ki, Rusiyanın imkanı olsa, Polşaya qarşı hərbi əməliyyatlar da keçirə bilər:

“Rusiya Polşanı demək olar ki, düşmən kimi görür. Varşava diplomatik mülkiyyəti ilə bağlı Rusiyaya qarşı hərəkət etsə, Moskvanın buna qarşı cavab tədbirləri olacaq. Rusiyanın hərbi imkanları genişlənər və Ukraynada qalib gələrsə, Polşaya qarşı müəyyən hərbi təhdidlər və yeni cəbhə açıla bilər. Polşa NATO-nun üzvüdür. Bu addım Rusiya-NATO qarşıdurmasına da gətirib çıxara bilər”.

M.Əsədullazadə sonda vurğuladı ki, indiki mərhələdə Rusiyanın Polşaya qarşı hər hansısa hərbi əməliyyat keçirməsi və yeni cəbhə açması gözlənilmir.

Firuzə Əliyeva     

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Fevral 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri