Icma.az
close
up
RU
Tramp Rusiyaya qarşı yeni bir cəbhə aça bilər AÇIQLAMA

Tramp Rusiyaya qarşı yeni bir cəbhə aça bilər AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Kanada, Qrenlandiya və Panama Kanalı ilə bağlı ərazi iddiaları son günlərdə beynəlxalq arenada ciddi müzakirələrə səbəb olub. Tramp, Qrenlandiyanın strateji əhəmiyyətini vurğulayaraq, ABŞ-nin təhlükəsizlik və iqtisadi maraqları üçün vacib olduğunu bildirib. Bunlarla yanaşı onun gələcək müşaviri sahibkar İlon Mask Almaniya, Fransa, Böyük Britaniyanın hakimiyyətini pisləyərək, bunun dəyişməli olduğunu deyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əziz Əlibəyli bildirdi ki, Vaşinqtonun bu ölkələrdəki maraqları müxtəlif istiqamətləri əhatə edir və qlobal təsir dairəsini genişləndirmək məqsədi daşıyır:

"Trampın Qrenlandiya, Panama, Kanada strategiyasının əsas məqsədi Panama üzərindən beynəlxalq logistika nəzarətdir, xüsusilə də bu istiqamətdə Çinin fəallaşmasının qarşısının alınmasıdır. Qrenlandiya və Kanadaya gəldikdə, burada məsələ bir az fərqlidir. Şimal qütb dairəsi uğrunda ciddi savaş gedir və Qrenlandiya, Kanada da, Birləşmiş Ştatların Şimal qütbündə Rusiyaya qarşı yeni bir cəbhə açmasına imkan verəcək".

Politoloqun sözlərinə görə, ABŞ bu strategiyanı həyata keçirmək üçün beynəlxalq siyasi mühitdən maksimum istifadə edir.

"Ayrıca bu iki ölkənin müstəqillikləri təbii ki, biri Danimarkaya bağlıdır, digəri də formal surətdə Britaniyaya. Yəni bu mülkləri dövlətlərdən əldə etmək Amerika üçün bir o qədər də böyük problem təşkil eləmir. Kanadanı və Qrenlandiyanı öz təsir dairəsinə çəkmək üçün mövcud beynəlxalq nizamsızlıqdan istifadə etməyə çalışır. Bu dönəmdə belə bir addımların atılmasına, qlobal siyasi mühit imkan verir. Hazırda dünya nizamında qeyri-müəyyənlik və nizamsızlıq hökm sürür. Belə bir şəraitdə ABŞ-nin bu cür təşəbbüsləri reallaşdırması daha asandır", - deyə Ə.Əlibəyli bildirdi.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Yanvar 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri