Icma.az
close
up
RU
Rusiya Çarının Bakı səfəri və Atəşgahda gördükləri möcüzə Çar niyə zəvvarların izlənməsi əmrini verdi

Rusiya Çarının Bakı səfəri və Atəşgahda gördükləri möcüzə Çar niyə zəvvarların izlənməsi əmrini verdi

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Alov evi” və ya “Alov yeri” mənası verən Suraxanıda yerləşən Atəşgaha dünyanın müxtəlif yerlərindən gələn ziyarətçilərin ardı-arası kəsilməyib. Onların arasında Aleksandr Düma, Kempfer, Villot, Berezin, Dmitri Mendeleyev və başqa məşhurlar olub.
Ölkə.az xəbər verir ki, tarixçi alim Zaur Əliyev  soail şəbəkə hesabındakı paylaşımında rus çarı III Aleksandr  və ailəsinin bakıya və Atəşgaha səfəri ilə bağlı çox maraqlı bir yazı dərc edib.
Tarixçi alim qeyd edib ki, 1860-cı illərdə Bakı artıq Rusiya imperiyası üçün sıradan bir qala şəhəri deyil, neft mərkəzi kimi parıldamağa başlayırdı. “Atəşgah çar Rusiyası dövründə də çarların diqqətini özünə çəkib.
III Aleksandr imperiyanın bu yeni "iqtisadi mühərrikini" yerində görmək istəyirdi. Atəşgah isə həmin dövrdə neft və qaz çıxışlarının ən bariz, vizual sübutu idi. Yer altından öz-özünə çıxan alovlar imperatorda regionun enerji resursları haqqında böyük təəssürat oyatmalı idi.
1888-ci ilin payızında Çar ailəsi ilə birlikdə Qafqaza səyahətə çıxırlar.  8-9 oktyabr tarixlərində III Aleksandr və Mariya Feodorovna Bakıya səfər etdilər. Bu səfərin ən qeyri-adi epizodu romanovların şəhərin kənarında yerləşən Atəşgah hindu atəşpərəstlik məbədini ziyarət etməsi idi”, - o vurğulayıb. 

Z. Əliyev əlavə edib ki, lII Aleksandr ailəsi Suraxanı stansiyasına Zaqafqaziya Dəmir Yolu vasitəsilə gəlib. 
“O vaxt bu barədə "Donskaya Reç" qəzeti yazır:
"Taxt-tacın varisi əlahəzrətləri və Böyük Hersoq Georgi Aleksandroviç hindu atəşpərəstlərinin məbədini ziyarət etmək qərarına gəldilər".
Mətbuat xəbərlərinə görə, Mariya Feodorovna "bütpərəst məbədi"ni yoxlayıb, Atəşgahın boş ibadət otaqlarını və hücrələrini, qurbangahı və “öz-özünə alışan qazları olan dördbucaqlı məbədi” yoxladılar.

Şahidlərin dediyinə görə (bu barədə rus qəzetləri yazıb ) Çarın ailəsinin şərəfinə məşəllər yandırılmış idi. Onlar qaz çıxan dəliklərin ağzını açaraq və ya xüsusi qaydada alovu idarə edərək, məşəllərin hündürlüyünü artırmışdılar. Bütün məbəd həyətinin birdən-birə gur alova bürünməsi Çarın ailəsini heyrətləndirmişdi.
Atəşgaha daxil olanda onu mərkəzi səcdəgahda (çahar-tağ) oturan, yarıçılpaq, bədənlərinə kül sürtmüş hindli zahidlər qarşıladı. Onlar qonaqların qarşısında qədim sanskrit dilində dualar oxumağa başladılar. Maraqlı məqam budur ki, kahinlər özlərinin "oda davamlılıq" qabiliyyətlərini göstərmək üçün əllərini və ayaqlarını alovun üstünə tutmuş, lakin heç bir acı çəkmədiklərini göstərdilər..

Onlar burada hər şeydən imtina etmiş, ağır zəncirlər gəzdirən və daş üzərində yatan zahidləri gördü. Çara bu barədə deyiləndə o "İnsanın inancı onu nə qədər güclü edə bilərmiş" tipində bir fikir bildirmişdi.
Ziyarətin sonunda Çarın ailəsi məbədin saxlanılması və kahinlərin ehtiyacları üçün o dövr üçün kifayət qədər böyük məbləğdə qızıl sikkələr bağışladı. 
III Aleksandr özü Atəşgaha baş çəkməsə də, imperiyasında yaşayan atəşpərəstlərlə maraqlanıb. Hələ Tiflisdə olarkən imperator qədim kultun beş yaşlı tərəfdarının yanına gətirilməsini əmr edib. Atəşpərəstlərdən biri yolda öldükdə, onun yerinə Rusiyanın xüsusi agenti polkovnik Riçard Şlaysner təyin edildiyi bildirilir ki, Çar onlar barədə ətraflı bilgi əldə etsin.
Buna səbəb isə Atəşgaha Hindistandan zəvvarların gəlmədi idi. Hindistanı o zaman Britaniya imperiyası ilə bağlantısı böyük idi və Çar Aleksandr bu qlobal marağın səbəbini kəşfiyyat yoxsa sadəcə ziyarət olmasını bilmək istəyirdi. Həmçinin o Britaniya agentlərinin Bakıya Hind zəvvarı adı altında gəlməsini öyrənmək niyyətində idi. Bunun üçün də Atəşgaha gələn zəvvarların gizlincə izlənməsi əmrini də verir”, - Z. Əliyev qeyd edib.


Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Dekabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see265

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see205

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see170

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see167

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see164

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri