Icma.az
close
up
RU
Rusiya Cənubi Qafqazdan tamamilə çıxarılır: Regionun hər üç “qapı”sı Kremlin üzünə qapadılır

Rusiya Cənubi Qafqazdan tamamilə çıxarılır: Regionun hər üç “qapı”sı Kremlin üzünə qapadılır

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kremlin neoimperialist siyasəti hazırda Rusiyanın özünün əleyhinə çevrilməyə başlayıb, çünki indi hər üç Cənubi Qafqaz dövləti ilə ciddi geopolitik ziddiyyətlər yaşayır... Rusiyanın bu regionda itirdiyi geostrateji mövqelərin yenidən bərpası hazırda qətiyyən mümkün görünmür, əksinə, indi Kreml Cənubi Qafqazda baş verənləri yalnız kənardan müşahidə etməli olacaq...

Ölkə.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda yeni situasiya yaranmağa başlayıb. Belə ki, bu regionda geopilitik situasiya ciddi şəkildə qəlizləşməkdə davam edir. Xüsusilə də, Cənubi Qafqazın geopolitik məkanında geostrateji hesablaşmalar artıq həlledici mərhələyə keçmək üzrədir. Mövcud situasiya yaxın gələcək üçün bu regionun hərbi-siyasi arxitekturasında radikal dəyişiklilərin ola biləcəyinin ilkin əlaməti də hesab oluna bilər. Və bu baxımdan, Cənubi Qafqazda əsas geostrateji hesablaşmanın ən təhlükəli mərhələsinin hələ irəlidə olduğunu düşünmək olar.

Onu da qeyd etmək lazımdır ki, dünya nəhəngləri indi Cənubi Qafqazın strateji əhəmiyyətinin sürətlə artdığını tam dəqiqliyi ilə anlamağa başlayıblar. Ona görə də, ABŞ və Qərb bu regiona fərqli narrativlər üzərindən yerləşməyə can atır. Əslində, Ermənistanın coğrafiyasında ABŞ və Qərbin mövcudluğu inkaredilməz reallıqdır. Ukraynada “savaş bataqlığı”na düşən Rusiya isə Cənubi Qafqazda təsir mexanizmlərini böyük ölçüdə itirib. Və Kremlin Ermənistandakı ənənəvi istinad faktorları da indi daha çox formal xatakter daşıyır.

Ancaq buna baxmayaraq, Kreml nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda təsir mexanizmlərini bərpa etməyə cəhd göstərir. Eyni zamanda, Rusiya ABŞ və Qərbin Ermənistan coğrafiyasında möhkəmlənməsinin də qarşısını almağa çalışır. Halbuki, indiki situasiyada regional mövqeləri ciddi şəkildə zəifləmiş Rusiya üçün Qərblə bu məsələdə rəqabət aparmaq o qədər də asan deyil. Və Kremlin neoimperialist narrativlərə bağlı siyasi vərdişləri hazırda Rusiyanın əleyhinə yönəlmiş faktora çevrilməyə başlayıb.

Məsələ ondadır ki, Kreml hələ də Cənubi Qafqaza keçmiş SSRİ-nin tərkib hissəsi və Ruisyanın nəzarət zonası kimi yanaşır. Halbuki, Kremlin bütün qüsurlu və yolverilməz yanaşma tərzinə baxmayaraq, bu region üç müstəqil dövlətdən ibarətdir. Rusiyanın bu üç region dövlətinin hər birisi ilə olduqca qəliz problemləri mövcuddur. Üstəlik, Kreml öz regional siyasətini neoimperialist narrativlərdən uzaqlaşdırmayacağı təqdirdə, həmin problemlərin həllinin mümkünlüyünə inanmaq sadəlövhlük olardı. Və Rusiya siyasi dairələrinin Cənubi Qafqazda təhdidlərin, təzyiqlərin artıq işə yaramadığı ilə barışması vacibdir.

Maraqlıdır ki, hazırda Kremlin əsas təzyiq potensialı Azərbaycana qarşı yönəldilib. Rusiyada yaşayan Azərbaycanlılar polis zorakılığına, qətliamlara məruz qoyulur. Rusiya təzyiqlərlə rəsmi Bakının xarici siyasət kursunu dəyişə biləcəyinə hələ ümid bəsləyir. Üstəlik, Azərbaycanı Rusiya ilə tərəfdaşlıq münasibətlərinə həvəsli olmamaqda qınayır. Kreml təmsilçilərinin məntiqinə görə isə “tərəfdaşlıq” ilk növbədə Rusiyanın maraqlarına uyğun fəaliyyət göstərməkdən ibarətdir. Və rəsmi Bakı bu baxımdan, Rusiyanın “standartlar”ına qətiyyən uyğun gəlmir.

Belə ki, Rusiya polisinin Azərbaycanlılara qarşı zorakılığı rəsmi Bakı tərəfindən sərt reaksiya ilə qarşılandı. Rəsmi Bakı bununla Kremlə açıq mesaj verildi ki, Rusiyanın təzyiqlərinə Azərbaycanın “qapı”ları tamamilə bağlıdır. Azərbaycan Rusiyanın təzyiqləri qarşısında geri çəkilmək niyyətindən tamamilə uzaqdır. Üstəlik, Azərbaycan Rusiyanın aqressiv davranışlarına adekvat cavab vermək potensialına malikdir. Kreml isə neoimperialist vərdişləri ilə yalnız Azərbayanla münasibətləri daha da gərginləşdirə, hətta tamamilə korlaya bilər. Və Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olan Azərbaycanla münasibətlərin korlanması Rusiyanın bu regionda cərəyan edən proseslərdən tamamilə təcrid olunması deməkdir.

Eyni zamanda, Rusiyanın digər Cənubi Qafqaz dövlətləri ilə də münasibətləri korlanmış vəziyyətdədir. Kreml Gürcüstanın iki bölgəsində - Abxaziya və Cənubi Osetiyada separatizmi dəstəkləyir. Ona görə də, hazırda Gürcüstan Rusiyanın qatıldığı heç bir regional tədbirdə iştirak etmir. Rəsmi Tiflis Rusiya ilə münasibətləri minimuma endirib. Üstəlik, son vaxtlar Gürcüstanda yenidən ölkənin Qərbə inteqrasiya olunmasının tərəfdarları kütləvi aksiyalara başlayıblar. Onlar hesab edirlər ki, Rusiya ilə əməkdaşlığın məhdudlaşdırılması yetərli deyil və Gürcüstan ümumiyyətlə, Avropa Birliyinə üzvlük prosesini maksimum səviyyədə aktivləşdirməlidir. Və bu o deməkdir ki, Gürcüstan da Rusiya üçün itirilməkdə olan region dövlətidir.

Nəhayət, Rusiyanın ənənəvi regional forpostu olan Ermənistan da Qərbə inteqrasiya kursu yürüdür. Rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan qurumlarda fəaliyyətdən artıq tədricən imtina etməkdədir. Paşinyan hakimiyyəti KTMT ilə əlaqəni demək olar ki, kəsib. Rəsmi İrəvan Avrasiya İqtisadi İttifaqında hələlik fəaliyyət göstərsə də, ABŞ və Qərb alternativ maliyyə-iqtisadi qaynaq təklif edəcəyi təqdirdə, Ermənistanın bu qurumu tərk etməsinə də hazır olduğunu qətiyyən gizlətmir. Son vaxtlarsa, Paşinyan hakimiyyəti Rusiyanın nəzarətində olan erməni kilsəsi, silahlı “Qarabağ klanı” və s. radikal-revanşist müxalif düşərgənin təmsilçilərini dövlət çevrilişinə cəhd ittihamə ilə kütləvi şəkildə həbs etməyə başlayıb.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti bir tərəfdən Kremli dolayısı ilə Ermənistanda dövlət çevrilişi ilə bağlı planlar qurmaqda suçlayır. Digər tərəfdən isə Rusiyanın Ermənistandakı “casus şəbəkəsi”ni sıradan çıxarır. Kremlin buna etiraz etmək cəhdlərinə isə rəsmi İrəvan, Rusiyanın Ermənistanın daxili işlərinə qarışmasının yolverilməz olduğunu qabartmaqla, sərt reaksiya verib. Və bu, o deməkdir ki, Rusiya Ermənistanı da itirmək üzrədir.

Bütün bunlar onu göstərir ki, Kremlin neoimperialist siyasəti hazırda Rusiyanın özünün əleyhinə çevrilməyə başlayıb. Rusiya indi hər üç Cənubi Qafqaz dövləti ilə ciddi geopolitik ziddiyyətlər yaşayır. Ona görə də, Rusiyanın bu regionda itirdiyi geostrateji mövqelərin yenidən bərpası hazırda qətiyyən mümkün görünmür. Əksinə, indi Kreml bu regionda baş verənləri ən yaxşı halda, yalnız kənardan müşahidə edə bilər. Və bu o deməkdir ki, Cənubi Qafqazın hər üç “qapı”sı Rusiyanın üzərinə tamamilə qapanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 İyun 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see156

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see150

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see135

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 16:55see134

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see132

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see131

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

27 Sentyabr 2025 16:58see129

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see128

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see126

Azərbaycandan gələn maşında heroin aşkarlandı KONKRET

27 Sentyabr 2025 15:53see123

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see122

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see121

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see120

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri