Icma.az
close
up
RU
ABŞ təşəbbüsü ələ alır, Rusiya Cənubi Qafqazdan çıxarılır Deputat

ABŞ təşəbbüsü ələ alır, Rusiya Cənubi Qafqazdan çıxarılır Deputat

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Azərbaycan-ABŞ-Ermənistan liderlərinin Vaşinqton görüşü təkcə İrəvanla Bakı arasında sülhün əldə edilməsinə deyil, bütövlükdə Cənubi Qafqazda proseslərin dinc məcraya yönələrək sıx regional əməkdaşlığın yaranmasına xidmət edir.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun fikrincə, Vaşinqton görüşü ilk növbədə Ermənistan cəmiyyətinin marağına xidmət edir. “Belə ki, Vaşinqton görüşünün nəticəsi olaraq ABŞ Ermənistanın təhlükəsizliyinin təminatında qarant rolunda çıxış edəcək. Əgər 2020-ci ilədək Ermənistanın bölgədə himayədarı Rusiya idisə, bundan sonra ABŞ olacaq. Çünki Ermənistanın təhlükəsizliyinə dünyada ABŞ-dən başqa heç bir ölkə təminat verə bilməz”, - o qeyd edib.

Vaşinqton görüşündə hansı səviyyədə sənədin imzalanmasına gəldikdə deputat bildirib ki, görüşdə mütləq hansısa sənəd imzalanacaq: “Bu, niyyət, anlaşama protokolu, yaxud memorandumun imzalanması formasında olacaq. Ancaq bu, yekun sülh sazişi olmayacaq. Azərbaycanın dayanıqlı sülhün əldə olunması ilə bağlı digər şərtləri həyata keçmədən yekun sülh sazişindən danışmağa dəyməz. Amma imzalanacaq istənilən sənəd bölgədə yekun sülhün əldə edilməsinə xidmət edəcək.

Belə bir sənədin imzalanması ABŞ-nin də marağındadır. ABŞ dünyadakı münaqişələrdə sülhyaratma həyata keçirmə missiyasını üzərinə götürüb və məqsəd də Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməsinə olunmaqdır. Bunu həm də Trampın Cənubi Qafqazda diplomatik qələbəsi hesab etmək olar. Bu, Trampın Rusiyanı bölgədən sıxışdırıb çıxarması anlamına gələcək. Rusiyanın son vaxtlarda Azərbaycana qarşı qərəzli mövqeyinin kökündə duran məsələlərdən biri də budur. Lakin Rusiyanın bu təzyiqləri və qərəzli davranışı nəticə verməyəcək”. 

Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında baş tutacaq görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının müzakirə olunacağını qeyd edən deputat bildirib ki, tərəflər “907-ci düzəliş”in və Zəngəzur dəhlizinin açılması mövzusundan da danışacaq. “Çünki “907-ci düzəliş” Ermənistan-Azərbaycan münaqişəsi fonunda tətbiq olunub və artıq tərəflər sülh sazişi imzalanması ərəfəsində olduğundan ABŞ-Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişafına mane olan belə bir sənədin ləğvinin zamanı yetişib”, - deputat vurğulayıb. 

Zəngəzur dəhlizinin ABŞ-nin nəzarətinə verilməsinə gəldikdə deputat deyib ki, bu, istisna deyil. “Bu daha çox Ermənistana aid olan məsələdir.

Burada mühüm məqam ondan ibarətdir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən Zəngəzur dəhlizinə Rusiya nəzarət etməli idi. Lakin Ermənistan tərəfi qətiyyətli şəkildə Rusiyanın bu dəhlizə nəzarət etməsinə qarşı çıxır. ABŞ Silahlı Qüvvələrinin Zəngəzur dəhlizinə nəzarət etməsi o qədər inandırıcı görünməsə də, hansısa özəl şirkətə verilməsi istisna deyil”, - o bildirib.

Zəngəzur dəhlizinin qlobal miqyasda geostrateji mənzərəni dəyişdiyini qeyd edən deputat bildirib ki, bu səbəbdən də bütün güclər bu dəhlizə nəzarət etmək uğrunda mübarizə aparır: “Qərbdən Şərqə, Şimaldan Cənubi gedən ən qısa səmərəli yol Cənubi Qafqazdan keçdiyindən Rusiya, İran, Avropa, ABŞ, Çin və digərlərinin bu dəhlizdə maraqlarını təmin etmək üçün çalışır. Cənubi Qafqazdan keçən dəhlizin şaxələndirilərək bütün bölgə ölkələrinin sıx əməkdşalığının təmin edilməsinə ehtiyac var. Zəngəzur dəhlizi də bunun tərkib hissəsidir. ABŞ bölgədə təşəbbüsü ələ almaqla, həm də Rusiya və İranı zərərsizləşdirməklə Zəngəzur dəhlizində maraqlarını təmin etmək niyyətindədir”. 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri