Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Rusiya iqtisadiyyatı çökür REALLIQ

Rusiya iqtisadiyyatı çökür REALLIQ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın dövlət inkişaf bankı olan “Vneşekonombank”ın baş iqtisadçısı Andrey Klepaç “Le Monde” nəşrinə müsahibəsində ölkəsinin iqtisadiyyatının durğunluq vəziyyətində olması ilə bağlı fikirlərini bildirib, lakin onun payıza qədər bərpa olunacağını gözlədiyini qeyd edib. Vneşekonombankın baş iqtisadçısı, 1998-1999-cu illərdə Rusiya Mərkəzi Bankında tədqiqatlar üzrə direktor, 2008-2014-cü illərdə isə ölkənin iqtisadi inkişaf nazirinin müavini vəzifələrində çalışmış 66 yaşlı Andrey Klepaç Rusiya maliyyə institutlarının modernləşdirilməsinə, formalaşdırılmasına və inkişafına nail olması ilə məşhurlaşıb. Ekspert izah edir ki, bu gün Rusiya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi ölkənin ÜDM-nin 8%-dən çoxunu təşkil edən müdafiə sahəsinə çevrilib.

Rusiya tənəzzülə girib

Andrey Klepaç: “Mən bunu durğunluq və ya artımın dayanması adlandırmaq istərdim. 2025-ci ilin birinci rübündə bu artım göstərici 2024-cü ilin son rübü ilə müqayisədə 0,5% azalıb. İl ərzində 2024-cü ilin birinci rübü ilə müqayisədə artım 1,4% təşkil edib. İlkin təxminlərimiz ikinci rübdə nə artım, nə də azalma ilə bağlı idi. May və iyun aylarında aprellə müqayisədə azalma cüzi olub. Ancaq bu, tənəzzül deyil.

Nəzəri olaraq artım üçüncü rübdə və ya ilin ikinci yarısında bərpa olunacaq... bir sözlə, payızdan. Bu, daha çox kənd təsərrüfatı və hərbi sektorun nəticələrindən asılı olacaq. Ümumilikdə, biz 2025-ci ildə təxminən 1,5% artım gözləyirik. 2026-cı ildə bu rəqəmin 2,3%-dən çox - 2,5% olacağı gözlənilir. İstehlak əlbəttə ki, yavaşladı, lakin böyüməyə davam edir. Birinci rübdə investisiyalar 5% artıb - bu, gözləniləndən də artıqdır və gələcək artıma töhfə verir. Bu tendensiya təkcə dövlət deyil, həm də özəl layihələrə aiddir. Bu yaxşı əlamətdir.

Əlbəttə, nəzərə alsaq ki, müdafiə və milli təhlükəsizlik xərcləri müharibə başlamazdan əvvəl 5%-lə müqayisədə indi ümumi daxili məhsulun 8%-dən çoxunu təşkil edir. Bu, enerji sektoru ilə yanaşı, hazırda iqtisadiyyatımızın əsasını təşkil edir. Xərclərin bu səviyyəsi ABŞ-ın Koreya müharibəsi zamanı çəkdiyi xərclər səviyyəsinə bənzəyir. Biz dəqiq rəqəmləri dərc edə bilmərik, çünki bu rəsmi məlumatlar indi məxfi məlumat kimi təsnif edilir, lakin bu bir faktdır ki, bu sektor hazırda ildə 10%-dən çox böyüyür. Bununla belə, eyni zamanda mülki sektorlarda da, xeyli az da olsa, artım var: avtomobil, kimya, tikinti, ərzaq istehsalı... Onların inkişafı dövlətin pul siyasətindən çox asılı olacaq. 2026-cı ildə bu sektorlar yenidən iqtisadiyyatın əsas hərəkətverici qüvvələrinə çevrilə bilər. Hazırda çox yüksək faiz dərəcələrinə görə şirkətlər investisiyalar və artım üçün maliyyə tapmaqda çətinlik çəkirlər: investisiyaların 70%-dən çoxu şirkətlərin öz vəsaitləri, 20%-dən çoxu isə dövlət hesabına həyata keçirilir. Bankların 20%-dən yuxarı faizlə verdiyi kreditlərin payı faktiki olaraq azdır. Rublun hazırkı möhkəmlənməsi də problemdir, çünki bu komponent ixrac gəlirlərini daha da azaldır. Bu əlavə mənfi amildir.
Sanksiyalar iqtisadi artımı ləngidir. Onlar, ilk növbədə, texnoloji və maliyyə xarakterli çox ciddi maneələri təmsil edir. Rusiya iqtisadiyyatı hələ də idxaldan çox asılı olduğundan, bu tədbirlər texnologiyaların, ehtiyat hissələrin alınmasına mane olur...

Amma son üç ildə bir çox Rusiya şirkətləri yerli istehsal və ya digər ölkələrdən, ilk növbədə Çindən idxal hesabına başqa yollar tapa biliblər. Məsələn, Renault-Nissan tədarükü dayandırıldığı üçün AvtoVAZ avtomobil zavodu altı ay işləməyib. Lakin müəssisənin yenidən təşkili və tapılan yeni təchizatçılar sayəsində fəaliyyətini bərpa etmək, hətta yeni istehsal xətlərini işə salmaq mümkün olub. Qərbin sanksiyaları maneələr yaradır, lakin hasilatı başqa cür təşkil etməklə onların öhdəsindən gəlməyə çalışır Rusiya. Rusiya iqtisadiyyatı buna necə uyğunlaşacağının yollarını axtarır.

Rusiya ilə Çin arasında illik ticarət həcmi hazırda 200 milyard dolları ötməklə, əsasən Çindən asılıdır. Rusiya alternativlər tapmağa çalışır. Müxtəlif səbəblərdən Çin də öz növbəsində avropalıların etdiyi kimi Rusiyaya idxalı dayandıra bilər. Keçmişdə ölkələrimiz arasında münasibətlərin tarixində həmişə yüksəliş və enişlər olub. Əlbəttə, bu gün Rusiya çinli tərəfdaşlarına daha çox güvənir, lakin ÇXR rəhbərliyi ilk növbədə ölkənin iqtisadi maraqlarını qoruyur: ABŞ və Avropa ilə ticarət onun üçün Rusiyadan daha vacibdir. Məhz buna görə də ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların fəsadlarından qorxan Çin onları tətbiq etmək məcburiyyətində qalıb: Çin bankları ödənişləri qismən, ixracatçılar isə çatdırılmanı dayandırmalı olublar. Beləliklə, Rusiya Çindən həddindən artıq asılı vəziyyətə düşüb.

V.VƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri