Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” Lavrov
525.az saytına istinadən Icma.az xəbər verir.
“Rusiya tərəfi Ukrayna üzrə nizamlanma çərçivəsində mümkün yeni yanaşmaları dinləməyə hazırdır”.
525.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində bildirib.
“ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın nizamlanma prosesində vasitəçi ola bilməyəcəyini dedikdən sonra biz iyulun 23-də Manilada ASEAN tədbirləri çərçivəsində görüşdük. Daha sonra, təxminən bir ay əvvəl, o bildirdi ki, ABŞ Ukrayna böhranının nizamlanmasında maraqlıdır, lakin yeni yanaşmalar axtarmaq lazımdır. Rusiya yeni yanaşmaları dinləməyə hazırdır. Bu arada biz “yerdə” işi davam etdiririk”, – Lavrov deyib.
O vurğulayıb ki, Rusiya hər zaman danışıqlara hazırdır, lakin danışıqlar dövründə atəşkəs elan etməyəcək. Atəş yalnız tam və uzunmüddətli nizamlanma əldə olunanda dayandırılacaq.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 28 Avqust 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















