Rusiya danışıqlar üçün şərt qoydu: Zelenskisiz Ukrayna!
Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il İstanbul sənədi əsasında aparıla bilər.
Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.
O bildirib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi və onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır.
"Rusiya tərəfi real təkliflərə açıq və ciddi söhbətə hazırdır. Dəfələrlə qeyd edildiyi kimi, sülh nizamlanması Ukraynanın neytral, blokdan kənar nüvəsiz statusu, demilitarizasiyası və denasifikasiyası, ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi, müasir ərazi reallıqlarının nəzərə alınması və Ukrayna böhranının bütün səbəblərinin aradan qaldırılması barədə 2022-ci il İstanbul sənədi əsasında mümkündür", - diplomat vurğulayıb.
Qeyd edək ki, Kreml Ukrayna Prezidenti Volodimir Zelenskini səlahiyyət müddətinin başa çatdığını əsas gətirərək qeyri-legitim dövlət başçısı hesab edir.
V.Zelenski 2019-cu ildə Ukrayna prezidenti seçilib, həmin il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Bu ölkədə dövlət başçısı beş il müddətə seçilir, seçkilər 2024-cü ilin martında keçirilməli idi. Lakin Ukrayna qanunvericiliyinə əsasən, ölkədə hərbi vəziyyətin tətbiqi zamanı, o cümlədən prezident seçkilərinin keçirilməsi qadağandır.
Ölkədə hərbi vəziyyət 2022-ci il fevralın 24-dən tətbiq olunur və Ukrayna parlamenti onu hər üç aydan bir uzadır.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 Fevral 2025 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















