Icma.az
close
up
RU
Simonyan xərçəng xəstəsidir Kremlin ideoloji silahının sinəsi kəsildi

Simonyan xərçəng xəstəsidir Kremlin ideoloji silahının sinəsi kəsildi

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“RT” və “Sputnik” kimi Kremlin aparıcı təbliğat orqanlarının rəhbəri Marqarita Simonyan artıq uzun illərdir ki, Rusiya dövlətinin informasiya müharibəsində ön xətdə dayanır. Onu Qərb mediası sadəcə jurnalist kimi yox, Kreml üçün “məlumat silahı” kimi xarakterizə edir.
Bakupost.az xəbər verir ki, “The Financial Times” Simonyanı təsvir edərkən onu Vladimir Putinin ən sədaqətli nökəri, “propaganda valkiriyası” adlandırıb.
Simonyanın fəaliyyəti sadə təbliğatdan çoxdan kənara çıxıb. O, informasiya müstəvisində Kremlin ən sərt, ən aqressiv ritorikasını aparan şəxslərdən biridir. Putin isə öz növbəsində onu “hürən it” misalında tərifləmiş, informasiya hücumlarında sərhəd tanımamasını alqışlamışdı. Simonyan isə bu obrazı şövqlə qəbul edib – özü açıq deyir ki, informasiya müharibəsində “yumşaqlığa yer yoxdur”.
2014-cü ildən bəri, xüsusilə də 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal başlayandan sonra Simonyan Kremlin aqressiyasını legitimləşdirməyə çalışan baş fiqurlardan birinə çevrilib. Onun teleefirdəki çıxışları açıq çağırışlarla doludur. Məsələn Ukraynaya qarşı zərbələrin artırılmasını tələb edən bu qadın raket zərbələrinin günahsız insanları öldürməsini “strateji zərurət” kimi təqdim edir. Rusiyanın müharibə siyasətinə qarşı olanların düşmən elan edilməsi də bunun başının altından çıxıb.
Simonyan üçün insan faciələri sadəcə Kremlin informasiya strategiyasının alətidir. O, öz ritorikasında zorakılığı normallaşdıran, müharibəni həyatın qaçılmaz həqiqəti kimi göstərən ən kəskin simalardan biridir.
Simonyanın davranış maneraları da öz siyasi mövqeyinə uyğun formalaşıb. O, açıq şəkildə ədəbiyyat, mədəniyyət və medianı Kremlin ideoloji silahına çevirmək lazım olduğunu bildirir. Onun çıxışlarında təhdidlər, düşmən obrazı yaratmaq, dezinformasiya, nifrət dili qəribəlik yox, adi məişət ritorikasıdır.
Simonyanın sərt simasını daha da gücləndirən fakt isə onun özünü “səngərdə döyüşən kimi” təqdim etməsidir. O, uzun illərdir ki, təbliğatı bir növ “müqəddəs missiya” kimi qələmə verir və bununla öz fəaliyyətinin radikallığını daha da normallaşdırır.
2025-ci ildə Simonyan xərçəng müalicəsi keçdiyini bildirib. Əməliyyatla onun döşləri götürülüb. Lakin diqqət çəkən məqam – bu şəxsi faciənin belə Kremlin informasiya maşınının bir hissəsinə çevrilməsidir. Rusiyadakı dövlət mediası onun xəstəliyini “liderin sədaqətli döyüşçüsü əzablar içində belə mübarizəni dayandırmır” narrativi ilə təqdim etməyə başladı.
Simonyan isə bundan özünü “ideologiya yolunda fədakar şəxs” kimi göstərmək üçün istifadə etdi.
Onun “В начале было Слово — в конце будет Цифра” adlı romanı da real ədəbi dəyərindən çox Kremlin PR layihəsi kimi təqdim olunur. 88 min nüsxəlik tirajın tam şəkildə xaricə göndərilməsi, həmin kitabların pulsuz paylanması, oktyabrda “ayın kitabı” elan edilməsi Simonyanın imicinin siyasi paketlənməsinin bir parçasıdır.
O, nə azad media nümayəndəsidir, nə də sadəcə dövlət məmuru. O, Putinin siyasi maşınında xüsusi tapşırığı olan, sərhəd tanımayan bir informasiya nökəridir.
Simonyanın siyasi mövqeyi yalnız Kremlin informasiya maşını ilə məhdudlaşmır. O, həm də Rusiyadakı erməni lobbisinin ən nüfuzlu fiqurlarından biri kimi çıxış edir, etnik təməlli şəbəkələri siyasi məqsədlər üçün səfərbər etməyə çalışır. Kreml içində çəkisi məhz bu əlaqələr hesabına daha da möhkəmlənib. Onun əri – rejissor Tigran Keosayan da eyni ideoloji cəbhənin aktiv üzvüdür: anti-Qərb təbliğatının daimi siması, milli nifrət ritorikasının müəlliflərindən biri və Simonyanla birlikdə Kremlin informasiya hücumlarının “ailə podratçısı” kimi tanınır. Bu tandem illərdir ki, şəxsiyyət kultu, imperiya nostalgiyası və aqressiv etnik siyasəti təbliğ edən ən səsli duetlərdən birinə çevrilib.
Cavid, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri