“Rusiya dayandırılmasa, müharibə maşını bizə yönələcək”
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Rusiya dayandırılmasa, müharibə maşını bizə yönələcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Ukraynaya həmrəylik səfəri çərçivəsində Kiyevdə Prezident Volodimir Zelenski ilə görüşündə deyib.
O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmaması halında Moskvanın gec-tez Avropaya yönələcəyini bildirib.
Merts Almaniyanın qarşıdakı həftələrdə və xüsusilə qış ayları ərəfəsində Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Merts Kiyevə xüsusi qatarla səfər edib. Onu iqtisadiyyat və energetika naziri Katerina Reyxe, həmçinin müdafiə və enerji sektorlarından 10 iş adamı müşayiət edib.
Səfər çərçivəsində Ukraynaya yeni hərbi və maliyyə dəstək paketinin elan edilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və ölkənin enerji infrastrukturunun bərpası məsələlərinin müzakirəsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 04 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















