Rusiya dəhlizə görə erməniləri cəzalandırdı: Əvvəllər belə olmayıb
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Vaşinqton razılaşmalarından 3 gün sonra Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq etməyə başlayıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, son 5 ayda Gürcüstan sərhəd-keçid məntəqələrində problem yaşayan ixrac və idxalla məşğul olan erməni şirkətləri, indi də Rusiya sərhədində eyni çətinliklərlə üzləşiblər.
“Malları daşıyan yük avtomobillərindən birinin sürücüsü bizə dedi ki, Gürcüstan keçid məntəqəsini keçdikdən sonra Rusiya gömrük məntəqələrində problem yaranır. İndi orada ciddi yoxlamalar aparırlar, hər bir detala lupa ilə baxırlar. Əvvəllər belə bir hal olmayıb. Bütün bunlar Vaşintonda keçirilən görüşdən sonra yaşandı”, – məqalədə bildirilir.
Əliyar Xəlil
Globalinfo.az


