Rusiya Dnepropetrovsk vilayətinə zərbə endirib, hərbçilər həlak olub
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya ordusu Dnepropetrovsk vilayətinə raket və dron hücumu həyata keçirib, nəticədə Ukrayna hərbçiləri həlak olub.
APA xəbər verir ki, bu barədə Ukraynanın “Şərq” Qoşun Qruplaşmasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, ruslar yalnız döyüş xəttində Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə deyil, həm də arxa zonalarda və təmas xəttinə yaxın yaşayış məntəqələrinə daimi hücumlar edir.
“Düşmənin kombinə edilmiş zərbəsi nəticəsində, təəssüf ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında həlak olanlar və yaralananlar var. Hazırda müvafiq hüquq-mühafizə orqanları işləyir, xüsusən də baş komandan və Baş Qərargahın əmrlərinin yerinə yetirilməsi, raket təhlükəsi barədə vaxtında xəbərdarlıq, şəxsi heyətin açıq ərazidə yerləşdirilməsinin və iclasların keçirilməsinin qadağan olunması, eləcə də bu məqsədlər üçün nəzərdə tutulmayan yerlərdə yerləşmə ilə bağlı şərait araşdırılır”, –mətbuat xidmətinin məlumatında deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 02 Noyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















