Rusiya dövlət gəlirlərinin tən yarısı müharibəyə xərclənir
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Putin Rusiyanın hərbi xərclərini gizlədir – bu, çox güman ki, dövlət büdcəsinin yarısını və ÜDM-in 10%-ni təşkil edir.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) məlumatında deyilir.
Qeyd olunur ki, Kreml hərbi xərclərinin əhəmiyyətli bir hissəsini ümumi dövlət büdcəsində gizlədir və ölkənin son illərdəki faktiki hərbi xərcləri rəsmi rəqəmlərdən 66% yüksək ola bilər.
Məsələn, Rusiya Müdafiə Nazirliyinin tikinti layihələri, ordu üçün İT layihələri və hərbçilər üçün sosial müavinətlər xüsusi mülki xərclər kimi qeyd olunur. Bu, hərbi xərclərin büdcədə faktiki xərclərdən daha aşağı görünməsinə səbəb olur.
Almaniya kəşfiyyatı Rusiyanın 2025-ci il üçün hərbi xərclərini təxminən 250 milyard avro olduğunu və bütün Rusiya dövlət büdcəsinin təxminən yarısı səviyyəsində qiymətləndirilir. Bu, Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 10%-ni təşkil edir. Müqayisə üçün, 2022-ci ildə bu pay 6% olub. 2023-cü ildə bu göstərici 6,7%-ə, 2024-cü ildə isə 8,5%-ə yüksəLİB.
Analitiklərinin fikrincə, vəsait yalnız Ukrayna dakı müharibəyə yönəldirilmir. Vəsaitin əhəmiyyətli bir hissəsi NATO-nun şərq cinahı yaxınlığında hərbi imkanların genişləndirilməsinə sərf olunur.
BND direkotru Martin Yeger oktyabrın ortalarında kəşfiyyat rəhbərləri üçün keçirilən ictimai dinləmədə Rusiyanın hərəkətləri barədə xəbərdarlıq etmişdi: “Rusiya niyyətlərini gizlədir”. Onun sözlərinə görə, Vladimir Putin “sərhədləri sınamaq” niyyətindədir və Avropa eskalasiyaya hazırlaşmalıdır. Yegerin fikrincə, Moskva üç məqsəd güdür: NATO-nu sarsıtmaq, Avropa demokratiyalarını sabitsizləşdirmək və cəmiyyətləri bölmək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Fevral 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















