Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Rusiya düşmənçiliyi dərinləşdirirmi?

Rusiya düşmənçiliyi dərinləşdirirmi?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu sualı ritorik edən cəhətlərə baxış 

Deyilənə görə, döyüşdə, müharibədə qalibiyyətə və uğura aparan bütün vasitələr keçərlidir. Amma düşmənçiliyin və ədavətin də əxlaqı olmalıdır. Rusiya birinci dəfə avqustun 8-də Azərbaycanın Ukraynadakı enerji ob­yektlərinə zərbə endirmişdi. Üzərindən 10 gün keçməmiş ikinci belə fakt qeydə alındı. Yəqin, nə demək istədiyimizi anladınız. 

Deməli, avqustun 17-də Rusiya ordusu pilotsuz təyyarələr və raketlərlə yenidən Ukrayna ərazisinə hücum edib. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Odessada vurulan obyektlər sırasında SOCAR-a məxsus neft bazası da var. Özü də bazaya dəqiq zərbələr endi­rilib ki, bu, hadisənin təsadüfən baş verməsinə dair ehtimalı sıfıra endirir. Nəticədə bir neçə çən, nasos stansiyasının binası, operator məntəqəsi, texniki otaqlar zədələnib, hasar dağılıb. 

Avqustun 8-dəki hadisəyə gəldikdə, həmin tarixdə Rusiya SOCAR-ın neft anbarına zər­bə endirmişdi. Nəticədə yanğın baş vermiş və dizel boru kəmərinə ziyan dəymişdi. Ən əsası, şirkətin 4 əməkdaşı ağır yaralanmışdı. Yeri gəlmişkən, bu il iyunun 28-də Rusiya hərbi qüv­vələri Trans-Balkan qaz kəmərinin əsas elementi olan Orlovka yaxınlığındakı qazpaylayıcı stansiyaya hücum edib. Söhbət Azərbaycan qazının Ukraynaya idxalında mühüm rol oyna­yan stansiyadan gedir.

SOCAR regionun ən böyük enerji şirkətlərindən biri­dir və Ukrayna infrastrukturunun inkişafına fəal sərmayə qoyur. SOCAR-a hücum, şirkətin obyektlərinin harada yerləşməsindən asılı olmayaraq, ölkəmizə hücumdur. Əlbəttə, Rusiya tərəfi obyektin yerinin Azərbaycan əra­zisi olmadığını vurğulaya bilər. Amma bu, hər bir halda, keçərli sayılmayacaq. Elə isə əks tədbirlərə əl atılmalıdır. Çünki məsələ təkcə Ukraynaya hücum deyil, bütövlük­də Avropanın təhlükəsizliyinə təhdiddir. Güman edirik, “köhnə qitə”də, ümumən Qərbdə bu məqamı yetərincə düşünürlər. Amma məsələ yalnız düşüncə halında qalma­malıdır. Hələlik Qərbin düşünməsini bir kənara qoyaq. 

Məlumdur ki, son illər Azərbaycan iqtisadiyyatının neftdən və enerji layihələrindən asılılığının aradan qaldı­rılması istiqamətində məqsədyönlü işlər görülsə də, möv­cud istiqamətdə bir sıra uğurlara imza atılsa da, neft-qaz amili öz mövqeyini qoruyur. Mövcud amilin dividend­ləri isə müxtəlif sahələrə yönəldilir. Bu sayaq hücumlar gəliri azaldırsa, müvafiq olaraq, hansısa sahələrin maliy­yə baxımından itirməsi qaçılmazdır. O zaman düşünək görək, nəyin itirilməsi daha münasibdir?

***

Əlbəttə, ağla ilk gələn Azərbaycandakı rus məktəb­ləridir. Ölkəmizdə, təqribən, 340 ümumi orta məktəbdə tədris rus dilində aparılır. Bundan başqa, bilavasitə rus icmasının nümayəndələrinin təhsil aldıqları 17 məktəb var. Deməli, orta məktəblərin 7,6 faizində təhsil rus di­lindədir. Ümumilikdə təhsil alan uşaqların 6,3 faizi rus dilində oxuyur. Orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir ki, bu isə ümumi şagirdlərin 32 faizi deməkdir. Üstəlik, ölkəmizdə Azərbaycan–Rusi­ya Universitetinin yaradılmasının planlaşdırıldığına dair fikirlər də olub. Zamanında məsələ barədə Prezident Vla­dimir Putinin özü də söhbət açmışdı. 

Əlqərəz, bütün bunlar Azərbaycan dövlətinin maliy­yəsi hesabına başa gələn məsələlərdir. Dövlətin maliyyə­si azalırsa, özü də səbəb Rusiyadırsa, deməli, durum bu ölkə üçün prioritet sayılan sahələrə də təsirini göstərmə­lidir. Əlbəttə ki, mənfi təsirini. Xeyr, elə başa düşülməsin ki, mövqeyimiz Moskvanı hədələməkdir. Rusiya böyük ölkədir. Bu günlərdə Azərbaycanda Rusiya mədəniyyə­ti günlərinin keçirilməsinin təxirə salınmasına prosesin Azərbaycanın mədəni mühitini yoxsullaşdıracağı kimi sərsəm qiymətini verən Rusiya Prezidentinin Beynəlxalq mədəniyyət məsələləri üzrə nümayəndəsi Mixail Şvid­koya xoş gəlməsi üçün deyək ki, ölkəmizdə rus dilində təhsilin sıradan çıxmasının Azərbaycana xeyri yoxdur. Nəzərə alaq ki, tədrisini hansı dildə həyata keçirməsin­dən asılı olmyaraq, bir məktəbin bağlanması yaxşı hal deyil. Amma başqa çıxış yolu yoxdur. İndiki durumda hərəkətləri ilə çıxılmaz duruma düşməyimizi istəyən tərəf isə Rusiyadır. 

Bir haşiyə də çıxaq ki, Azərbaycanda rus dilində təhsil məsələsi yalnız rus dilinin imkanlarının genişliyi kontekstində qiymətləndirilən hadisə deyil. Ölkəmiz və insanımız Rusiya ilə bağlıdır. Məsələn, bu gün rus dilində təhsil alan hansısa gənc sabah Rusiyanın Moskva başda olmaqla, digər şəhərlərində çalışmaq imkanı qazanacaq. Bu, həm ölkəmiz, həm də qarşı tərəf üçün mənfəətdir. Əlbəttə, Rusiyada mənfəət anlayışına yanaşma fərqlidir. Ölkənin bəzi dairələrin açıqlamalarından belə başa düş­mək mümkündür ki, hansısa azərbaycanlı şəxs Rusiyada çalışmaq imkanı əldə edibsə, bu, həmin şəxs üçün böyük lütfdür. Hələ bizə açıq minnət qoyanlar da tapılır. Digər tərəfdən, bir halda ki, azərbaycanlılar deportasiyaya mə­ruz qalırlar, deməli, gələcəkdə rus dilində danışmaq da lazım olmayacaq, eyni zamanda, ölkə ilə bağlar itəcək. Görünən budur ki, belə bir durumun formalaşmasını istəyən də məhz Rusiyadır. 

*** 

Azərbaycan–Rusiya münasibətlərində sərinləşmənin qeydə alındığı hazırkı dövrdə vəziyyətin nə üçün indiki şəkilə gəldiyini düşünmək lazımdır. Səbəb AZAL-ın Ru­siya səmasında vurulmuş təyyarəsidir. Hadisənin üzərin­dən 8 ayadək müddətin keçməsinə baxmayaraq, hələ də ona hüquqi qiymət verilmir. Yəni qiymət verməyən, ver­məkdən imtina edən rəsmi Moskvadır. Loru dildə desək, kor-kor, gör-gör, təyyarəyə yerdən atəş açılıb. Azərbay­can tələb edir ki, qeyri-insani əməli həyata keçirənlər, göstəriş verənlər cəzalandırılsınlar, həlak olanların ailələ­rinə və zərərçəkənlərə təzminat ödənilsin, ümumən, ha­disə nəticəsində dəymiş ziyan aradan qaldırılsın. 

Ölkəmizin istəyi, kifayət qədər, məqbuldur və sivil davranış üçün şans saxlayır. Ancaq Rusiyada fərqli dü­şünənlər var və bu düşüncə sahibləri elə fikirlər səslən­dirirlər ki, sanki Azərbaycan susmalı, heç bir tələb irəli sürməli deyilmiş. Axı belə bir dünya ola bilməz. Kremlin bəzi əlaltılarının sərsəmlədiyi kimi, təyyarə olayı Azər­baycanın siyasi kursunu dəyişdirmək üçün bəhanə qis­mində də qiymətləndirilməməlidir. 

Bəli, bu qənaətə gəlmək olar ki, təyyarəmizin vu­rulmasına görə haqlı tələblərimizi yerinə yetirməməyin gətirdiyi gərgin ab-hava məhz Rusiyaya lazımdır. Çünki ölkə Cənubi Qafqazdakı mövqelərinin itirildiyi qənaətin­dədir. Azərbaycan və Ermənistan arasında sülh qaçılmaz prosesə çevrilib, Qarabağ avantürası tarixin arxivinə gö­mülüb. Moskva isə lap əvvəldən regional mənafelərinin təminatında ziddiyyət amilinə söykənmişdi. Ziddiyyət yoxdursa, Rusiyanın Cənubi Qafqazda mövcudiyyəti üçün hansısa tutacaq yeri qalmır. Başqa cür düşünmək mümkünsüzdür. 

Deməli, bu səbəbdən Azərbaycanla münasibətlərdə sərtliyi qorumaq lazımdır ki, istənilən an durum ölkəmizə qarşı təcavüz üçün əsas halına gələ bilsin. Bir halda ki, telejurnalist, jurnalistika adına ləkə olan Vladimir Solov­yov Azərbaycanda ləzgilərin hüquqlarının qorunmasına ehtiyacın duyulduğunu bildirir, ölkəmizin sərhədlərinin hər an keçilə biləcəyinə dair mesajlar verir, hər şey ay­dındır. Rusiya düşmənçilik siyasəti yürüdür. 

SOCAR-ın Ukraynadakı obyektlərinə zərbələrin en­dirilməsi də düşmənçilikdir. Azərbaycan düşmən müna­sibətlərin tərəfdarı deyil və heç vaxt olmayıb. Prezident İlham Əliyev ABŞ-a səfəri zamanı ölkənin “Fox News” telekanalına müsahibəsində də bunu vurğuladı və diqqəti əvvələ yönəltdi. Yəni, 2024-cü ilin dekabrında AZAL-ın təyyarəsinin vurulmasına. Dövlətimizin başçısı hətta bil­dirdi ki, hadisə məqsədli hücum xarakteri daşımamışdı. “Bizim yeganə tələbimiz bu faktın tanınması, cinayətə görə təqsirli şəxslərin cəzalandırılması və dəymiş ziyanın tam ödənilməsi idi”, - deyən Prezident Əliyev əslində, Rusiya ilə münasibətlərin doğru məcraya düşməsinin va­cibliyi mesajını vermişdi. Ancaq Ukraynada SOCAR-ın obyektlərinə növbəti hücum onu göstərir ki, Rusiya xoş niyyət ismarıcımızı dəyərləndirmir. Nəinki dəyərləndir­mir, hətta düşmənçiliyi dərinləşdirir. Çox təəssüf. 

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 03:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri