Rusiya Əfqanıstanda 10 ilə verdiyi itkini Ukraynada bir aya yaşayır Dəhşətli statistika
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
NATO-nun baş katibi Mark Rutte Rusiyanın Ukraynadakı hərbi itkilərinin miqyasını şərh edib.
Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, bu itkilər Rusiyanın uzunmüddətli qarşıdurmaya hazırlaşdığını göstərir.
“Ruslar hazırda Ukraynanın möhkəm müdafiəsi nəticəsində ayda 20–25 min hərbçisini itirir. Bu, məhz ölənlərin sayıdır. Müqayisə üçün, SSRİ 1980-ci illərdə (on il ərzində – red) Əfqanıstanda təxminən 20 min itki verib. İndi isə bir ayda bu qədər itki yaşanır”, – deyə Rutte bildirib.
O əlavə edib ki, Rusiya, Çin, İran və Şimali Koreya arasında artan yaxınlaşma Qərbə birbaşa təhdiddir. Bununla belə, Rutte NATO ölkələrinin uzunmüddətli dostluq və əməkdaşlıq təcrübəsinə əsaslandığını bildirib.
“ABŞ NATO-ya tam sadiqdir. Amma Avropa və Kanada öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır. Bu, ədalətlidir”, – deyə Rutte vurğulayıb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 13 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















