Icma.az
close
up
RU
Rusiya ərazisinə genişmiqyaslı PUA hücumları Strateji zavodlara zərbələr endirilib

Rusiya ərazisinə genişmiqyaslı PUA hücumları Strateji zavodlara zərbələr endirilib

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Müdafiə Nazirliyi iyulun 10-da ölkənin müxtəlif regionlarında Ukrayna ordusu tərəfindən həyata keçirilən genişmiqyaslı PUA hücumları barədə məlumat yayıb. Rəsmi məlumata görə, ümumilikdə 155 ədəd pilotsuz uçuş aparatı vurulub. Hücumlar əsasən Krım, Qara dəniz sahilləri və Moskva vilayəti istiqamətində həyata keçirilib.

Nazirliyin açıqlamasına görə, Moskva vilayətində 11 PUA zərərsizləşdirilib. “Astra” teleqram kanalı yerli sakinlərə istinadən bildirib ki, PUA-lar Duberno yaxınlığındakı “Kronştadt” pilotsuz aparat istehsalı zavoduna hücum edib. Eyni zamanda, Luxovitsi şəhəri yaxınlığında da partlayış səsləri eşidilib. Həmin ərazidə “Luxovitski Aviasiya Zavodu” və yerli neft bazası yerləşir.

PUA hücumları Tula vilayətində də qeydə alınıb. Burada 13 dron hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Vilayətin qubernatoru Dmitri Milyayev bir nəfərin həlak olduğunu, bir nəfərin isə yaralandığını açıqlayıb.

“Astra”nın məlumatına görə, hücum edilən Tula vilayətində Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan üç mühüm obyekt yerləşir:

-“Avadanlıqların Layihələndirilməsi Bürosu” (yüksək dəqiqlikli idarəolunan silahların hazırlanması);

-“SPLAV” Elmi-İstehsalat Assosiasiyası (çoxsaylı raket sistemlərinin istehsalı);

-“Şçeglovski Val” ASC (yerüstü qoşunlar və hava hücumundan müdafiə sistemləri üçün idarəolunan silahların istehsalı).

Ən genişmiqyaslı hücum isə Kursk vilayətində qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatına əsasən, bu bölgədə 53 pilotsuz aparat vurulub.

Müşahidəçilərin fikrincə, Ukraynanın bu tip hücumları artıq Rusiya müdafiə sənayesinin strateji hədəflərini sistemli şəkildə sıradan çıxarmağa yönəlib və Moskvanın dərinliklərinə qədər təsir imkanlarının genişləndiyini göstərir.

Rasim Əliyev
AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyul 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri