Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Rusiya Ermənistana hərbi müdaxilə edəcək? KONKRET

Rusiya Ermənistana hərbi müdaxilə edəcək? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Son günlər Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginlik fonunda Moskvanın Ermənistana hərbi müdaxilə ehtimalı ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

Bəs belə bir ssenari nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, hazırda Rusiya ilə Ermənistan arasında münasibətlərin soyuması daha çox Ermənistanda keçiriləcək seçkilərlə əlaqədardır.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti özünə yaxın qüvvələrin hakimiyyətə gəlməsi üçün bütün imkanlarını səfərbər edib:

“Son dövrlərdə Rusiya ilə Ermənistan arasında yaşanan gərginliyin əsas səbəbi məhz ölkədaxili siyasi proseslərdir. Moskva erməni cəmiyyətinə psixoloji təsir göstərmək, insanları qorxutmaq və öz tərəfinə çəkmək üçün Baş nazir Nikol Paşinyana müxtəlif vasitələrlə təzyiq edir. Bu, müəyyən mənada hibrid müharibə elementlərini xatırladır”.

Politoloq vurğulayıb ki, Rusiyanın Ermənistana hərbi müdaxilə etməsi üçün nə siyasi, nə də hüquqi əsaslar mövcuddur:

“Rusiya özünü regionun əsas söz sahibi hesab edir və Ermənistanın onun siyasi iradəsinə uyğun davranmalı olduğunu düşünür. Halbuki Ermənistan suveren dövlətdir və erməni xalqının istədiyi siyasi qüvvəni seçmək hüququ var. Rusiyanın bu proseslərə müdaxiləsi əsassızdır və beynəlxalq hüququn prinsiplərinə ziddir”.

Əli Mustafanın fikrincə, Moskvanın hərbi müdaxilə ehtimalı olduqca aşağıdır:

“Rusiya hansısa bəhanə ilə müəyyən addımlar atmağa çalışa bilər. Lakin bunun reallaşma ehtimalı çox azdır. Çünki Rusiyanın Ermənistanla birbaşa quru sərhədi yoxdur. Bu baxımdan Moskva yalnız Ermənistandakı hərbi bazasının imkanlarından istifadə edə bilər. Mövcud Ermənistan dövləti ilə açıq qarşıdurmaya getmək isə Rusiya üçün kifayət qədər çətin olardı”.

Politoloq hesab edir ki, Kreml əsas diqqətini hərbi müdaxilədən daha çox siyasi təsir mexanizmlərinə yönəldəcək:

“Seçkilərdən əvvəl və sonra Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmağa çalışacaq. Ən azı, mövcud hakimiyyətə təzyiq göstərərək sonrakı proseslərə təsir etmək niyyətindədir.

Xüsusilə Konstitusiya dəyişikliyi və referendum məsələləri fonunda parlamentdə güclü müxalifətin olması Moskvanın maraqlarına cavab verir.

Məncə, hərbi müdaxilə üçün real şərait mövcud deyil. Belə bir cəhd baş versə belə, uğursuz olacaq. Üstəlik, bu addım Rusiyanın Ermənistanı tamamilə itirməsinə səbəb ola bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyun 2026 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri