Icma.az
close
up
RU
Rusiya futbolunda növbəti qalmaqal

Rusiya futbolunda növbəti qalmaqal

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya futbolunda qalmaqallar bitmək bilmir.

"Football-plus.az" xəbər verir ki, bir müddət öncə “Ximki”nin “kitabı bağlandı”. Soydaşımız Tufan Sadıqovun əsas səhmdarı olduğu bu klub borcları üzündən yeni mövsümdə çıxış etmək üçün lisenziya ala bilmədi. “Ximki” nəinki elitadan kənarlaşdırıldı, hətta fəaliyyətini də dayandırdı. “Ximki”nin yerinə “Nijni Novqorod” premyer-liqada oynayacaq. Srağagün, yəni Rusiya çempionatında mövsümün startına cəmi 8 gün qalmış isə daha bir qalmaqal qopdu. 1-ci liqada mövsümü 2-ci pillədə tamamlayaraq elitaya yüksələn “Torpedo” premyer-liqadan kənarlaşdırıldı! Bunun səbəbini və elitaya kimin buraxıldığını bu yazıda öyrənəcəksiz.
Bir hakim pulu qəbul etmədi
Rusiyanın ən köklü klublarından sayılan, SSRİ-nin üçqat çempionu olan “Torpedo”nun işinin qəliz olacağı hələ iyunun 19-dan bəlli idi. Həmin gün bu klubun sahibi Leonid Sobolevin, eləcə də baş direktoru Valeri Skorodumovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, onların evlərində, klubun ofisində axtarış aparılması xəbəri aydın səmada şimşək effekti verdi. Sonradan məlum oldu ki, onların hər biri “Torpedo”nun xeyrinə qərarlar verməsi üçün hakimlərə pul təklif edibmiş! Məsələyə hətta Rusiyanın Daxili İşlər Nazirliyi də qoşulmalı oldu. Ertəsi gün hər iki şəxsə 3 maddə üzrə rəsmi ittiham irəli sürüldü. İyunun 21-də isə məhkəmənin qərarı ilə Sobolev və Skorodumov həbs edildi. İndi də keçək əsas məsələyə. Onların hər biri hakim Maksim Perezvaya “Torpedo”ya yardım etməsi üçün pul təklif edibmiş. Bu hakim martdan etibarən moskvalıların 3 oyununu idarə edib. O, martın 22-də “Rodina”ya (0:0), aprelin 21-də “Ural”a (1:1) və mayın 11-də “Şinnik”ə (1:0) qarşı oyunlarda fit sahibi olub. Araşdırma nətivəsində məlum olub ki, “Torpedo” rəhbərliyi rəqib qapısına penalti təyin olunması və ya rəqibin azlıqda qalması üçün Perezvaya 1 milyon rubl təklif edib. “Torpedo”nun qələbəsi isə bu hakimə 6 milyon rubl (təxminən 132 min manat) qazandırmalıydı! Perezva bu təklifdən xəbər tutan kimi hüquq-mühafizə orqalarına gedərək könüllü şəkildə şikayət məktubu yazıb. Rusiya Futbol İttifaqı (RFİ) isə Daxili İşlər Nazirliyi əlbir işləyərək məsələnin bütün detallarını araşdırıb. Bu məsələdə klubun başqa üzvlərinə qarşı da ittiham irəli sürülüb. Amma onların adları mətbuata açıqlanmır.
O biri hakim qəbul etdi
İyulun 9-da Rusiya mətbuatında “Torpedo” ilə bağlı daha bir “bomba partladı”. Belə ki, hakim Boqdan Qolovkonun həbs edildiyi məlum oldu. O, 1-ci liqanın son turunda - “Torpedo”nun evdə KAMAZ-la keçirdiyi qarşılaşmanın baş hakimi olub. Moskva klubuna həmin görüşdə elitaya birbaşa vəsiqəni rəsmiləşdirmək üçün uduzmamaq kifayət idi. Oyun 1:1-lik bərabərliklə yekunlaşmış və “Torpedo” istəyinə çatmışdı. Perezvadan fərqli Qolovko “Torpedo” rəhbərliyindən pulu alaraq bu komandaya lazım olan nəticəni təmin edib! Ancaq maraqlıdı ki, RFİ-nin Hakimlər Komitəsi oyunu geninə-boluna araşdırandan sonra hakimin meydan sahiblərinin xeyrinə cəmi bir kobud səhvə yol verdiyinə qərar verib. 14-cü dəqiqədə Qolovko “Torpedo”nun qapısına aşkar penalti verməli olsa da, bunu etməyib. Həmin an “Torpedo” artıq hesabda öndə idi. İyulun 10-da RFİ-nin nəzdində fəaliyyət göstərən Nizam-İntizam Komitəsi bu məsələlərlə bağlı yekun qərarları açıqladı. “Torpedo” yeni mövsüm üçün elitadan kənarlaşdırıldı və kluba 5 milyon rubl həcmində cərimə kəsildi. Klubun sahibi Leonid Sobolevin futbolla bağlı fəaliyyətinə 5 il, baş direktor Valeri Skorodumovun futbolla bağlı fəaliyyətinə isə 10 il qadağa qoyuldu! Hakim Qolovko 41 günlük ev həbsinə məhkum edildi. Onların hamısını Rusiya Federasiyasının Cinayət Məsəlləsinin 291-ci maddəsinə əsasən maksimum 7 illik həbs cəzası gözləyir. “Torpedo”nun seçim imkanı geniş deyil. Klub RFİ-nin qərarına rəsmi səviyyədə etiraz etsə, onda hətta peşəkar statusunu da itirə bilər. Amma belədə “Torpedo”ya səviyyəcə Rusiyanın ikinci turnirində, yəni 1-ci liqada iştirak təklif olunub. Hərçənd hazırda həbsdə olan Sobolev vurğulamışdı ki, “Torpedo” elitadan kənarlaşdırılsa, fəaliyyətini dayandıracaq.
Ancaq son xəbərlərə görə Moskva klubu 1-ci liqada oynamağa razılıq verib. Özü də bu komanda ev oyunlarını “Arena Ximki”də keçirməyi planlaşdırır. “Torpedo”nun əvəzinə elitaya buraxılan klubun adına isə dünən aydınlıq gəldi. Bu məsələ Rusiya futbol ictimaiyyətini iki yerə bölmüşdü. Bəziləri ötən mövsümü 15-ci pillədə bitirərək birbaşa aşağı liqaya yuvarlanan “Orenburq”un, bəziləri isə 1-ci liqada 4-cü yeri tutan və pley-off matçında uduzan “Ural”ın elitada oynamalı olduğunu iddia edirdi. Dünən RFİ-nin icraiyyə komitəsinin xüsusi iclasında “Orenburq”un xeyrinə qərar verildi!
Rusiya futbolunda ilk yaşandı
Bu arada “Torpedo” ilə bağlı qalmaqalın geniş şəkildə araşdırılması başqa qanunazidd olayların da üstünü açıb. Rusiyalı jurnalist İvan Karpovun dünən paylaşdığı məlumata görə Skorodumov istintaq zamanı ondan rüşvət almağa və “Torpedo”ya kömək etməyə razılıq verən daha 12 (!) hakimin adını açıqlayıb. Hələlik onların adları mətbuata bəlli deyil. Ancaq bəlli olandan sonra bu məsələnin də böyük qalmaqal doğuracağı gözlənilir. “Sport-Ekspress”in dünənki sayında bu mövzuda dərc olunan yazıda isə qeyd olunub ki, Rusiya futbolunda daha bir klub hakimlərə rüşvət verməkdə suçlanır. Hələlik isə “Torpedo” olayı hakimlərin “evini yıxmaqda” davam edir. Artyom Lyubimov və Konstantin Averyanov hakimlərin seminarına və toplanışına dəvət almayıb. Onlar “Torpedo”nun mayda “Soçi”yə qarşı keçirdiyi matçın VAR briqadasında yer almışdı. “Torpedo” həmin vaxt çox şübhəli penalti sayəsində 1:0 qalib gəlmişdi. Özü də baş hakim İnal Tanaşev məhz VAR-ın köməyi ilə penalti təyin etmişdi. Halbuki bundan bir neçə dəqiqə öncə “Torpedo”nun əleyhinə olan daha aşkar epizodda VAR hakimi monitora dəvət etməmişdi.
Beləliklə, “Torpedo” Rusiya futbolunda hakimlərə pul təklif etdiyinə görə elitadan kənarlaşdırılan ilk klub kimi tarixə düşdü. Əvvəllər şimal qonşularımızda klubların premyer-liqadan kənarlaşdırılması faktına heç də az rast gəlinməyib. Amma məhz ədalət təmsilçilərinə rüşvət təklifinə görə heç vaxt belə hal yaşanmamışdı. Məsələn, 2009-cu ildə “Moskva” maliyyə problemlərinə, 2010-cu ildə “Saturn” müflis olduğuna görə premyer-liqadan kənarlaşdırılmışdı. 2018-ci ildə isə “Amkar” borcları üzündən lisenziya ala bilmədiyinə görə və sonuncu dəfə bu yay “Ximki” eyni problem üzündən eyni aqibətlə üzləşmişdi.
ƏLİ RAUFOĞLU hazırladı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 İyul 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri