Rusiya günahı boynundan ATIR: “Ukraynanın vurduğu tirajlanacaqdı” Yeni Çağ Media
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Beynəlxalq mediada Azərbaycan təyyarəsini Ukraynanın vurduğu tirajlanacaqdı”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiyanın vurduğu Azərbaycan təyyarəsi fonunda üzr istəmə kampaniyasının başlanmasının mümkün nəticələrindən danışan politoloq Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, hadisə ilə bağlı Azərbaycanın əlində yetəri qədər dəlillər mövcuddur:
“Bu dəlillər əsasında haqlı olaraq tələbimiz var. Tələblərimiz isə cavablandırılmalıdır. Çünki hadisənin detallı təhlili cinayət əməlinin olmasını göstərir. Rusiyanın Çeçenistan adı altında gizlənmək üçün etdiyi cəhdlər mənasızdır. Nəticə olaraq Rusiyanın ərazisi daxilində Azərbaycanın mülki təyyarəsi vurulub. Daha sonra isə enişə icazə verilməyib. Niyə və nə üçün olduğu ilə bağlı mütləq aydınlıq gətirilməlidir”.
“Hadisə əslində Ukrayna məsələsi fonunda hesablanmış plan idi. Belə ki, vurulan təyyarənin Xəzərə yönəldilərək orada batırılması istənilirdi. Daha sonra isə beynəlxalq mediada Azərbaycan təyyarəsini Ukraynanın vurduğu tirajlanacaqdı. Bu da Azərbaycanda Ukrayna əleyhinə ictimai rəy formalaşdıracaqdı. Sadalanan amillər nəzərə alındıqda Rusiya rəhbərliyinin üzr istəməsi tələbimiz yetəri qədər haqlı əsaslara dayanır”, – deyə bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















