Rusiya haqq yoluna gəlir? Gürcüstana deyir ki...
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Gürcüstanla hər iki tərəf üçün faydalı olan sağlam praqmatik əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya bildirib.
"Biz Gürcüstanla sağlam praqmatik əməkdaşlığı inkişaf etdirməyə və Tbilisi ilə ikitərəfli normallaşma yolu ilə getməyə hazırıq. Beləliklə, ümumilikdə, onun gələcək fəaliyyətinə dair qərar Tbilisidən asılıdır", - o deyib.
2025-ci ilin aprelində Gürcüstanın baş naziri İrakli Kobaxidze Antalya Diplomatik Forumunda çıxış edərək, respublikanın mövcud ərazi problemlərinə baxmayaraq, Rusiya ilə münasibətlərə sülhpərvər baxışı izlədiyini bəyan etmişdi.
Tural

