Icma.az
close
up
RU
Rusiya hücuma HAZIRLAŞIR “Dnepr və Xarkov da işğal oluna bilər” Ukrayna üçün QORXUNC SSENARİ

Rusiya hücuma HAZIRLAŞIR “Dnepr və Xarkov da işğal oluna bilər” Ukrayna üçün QORXUNC SSENARİ

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti müharibənin gedişi ilə bağlı növbəti açıqlaması ilə diqqət çəkib.
O bildirib ki, Ukrayna bütün Donbas ərazisini könüllü şəkildə Rusiyaya versə, bu işğalçıların Xarkov və Dneprə gedən yolunun açılması demək olacaq.
 

Zelenski xatırladıb ki, Rusiya 2014-cü ildə plazdarm kimi istifadə etmək və Ukraynanın cənubunu müasirəyə almaq üçün Krımı işğal edib. Rusiya həmçinin şərqdə işğal etdiyi ərazilərdən də plazdarm kimi yararlanıb.


“Əgər sabah biz hansısa bir formada Donbası tərk etsək, hansı ki, bu baş verməyəcək, Putin üçün milyon yarımlıq əhalisi olan Xarkova gedən yolu açmış olacağıq. Belədə o, həmçinin sənaye şəhəri olan Dnepri də işğal edəcək. Bu isə Putinə yeni imkanlar açacaq”, deyə Zelenski bildirirb.
Zelenski onu da qeyd edib ki, Rusiya bütün Ukraynanı işğal edə bilsə, sonrakı mərhələdə Avropanın içərilərinə doğru irəliləmək üçün ondan plazdarm kimi istifadə edəcək.
Ukrayna Donbasdan sonra Xarkov və Dnepri də itirə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, müharibənin xarakteristikası onu deməyə əsas verir ki, faktiki olaraq Ukrayna əsas döyüş mövqelərinin bir çoxunu itirib:
“Xüsusən də daha qızğın döyüşlərin getdiyi Donbas bölgəsində. Donetsk vilayətinin 80 faizi artıq Rusiyanın əlindədir. Kiyev yerdə qalan 20 faizin müdafiəsini təşkil etməyə çalışır. Luqansk isə demək olar tamamilə Rusiyanın nəzarəti altındadır”.
“Zelenskinin dedikləri bu gün üçün nəzərdə tutulmayıb”.
Həmsöhbətimizə görə, Ukrayna Prezidenti Zelenskinin səsləndirdiyi fikir başqa məna kəsb edir:
“Burada söhbət sülh dövründən sonra risklərin necə olacağı, prosesin gələcəkdə hansı formada inkişaf edəcəyindən gedir. Yəni atəşkəs imzalanarsa, Kiyev NATO-ya üzv olmamaqla bağlı şərtlərlə razılaşıb, müvafiq sənədlərə imza atarsa, Donbası tamamilə itirdiyini hüquqi baxımdan açıqlayarsa, sözsüz ki, Rusiyanın hücum üçün növbəti addımı Xarkov və Dnepr vilayətləri də ola bilər.
Amma bu hazırkı dövr üçün nəzərdə tutulmayıb, gələcək üçün nəzərdə tutulan fikirdir. Necə ki, 2014-cü ildə Ukrayna Krımı, habelə Donetsk və Luqansk şəhərlərini itirəndə sonrakı vəziyyətin hansı forma alacağı artıq əvvəlcədən bəlli idi. O, baxımdan hesab edirəm ki, Zelenski haqlıdır.
Belə bir vəziyyət yaranarsa, yəni Kiyev hüquqi baxımdan verdiyi itkilərlə razılaşarsa, ardınca birmənalı olaraq problem qeyd olunan formada davam edəcək. Amma bu cari və gələn ilin məsələsi deyil”.
Ekspert qeyd edir ki, Rusiyanın qarşısında dayanan əsas tapşırıqlar Xarkovla Odessanı ələ keçirmək və Ukraynanın Qara dənizə çıxış imkanlarını maksimum məhdudlaşdırmaqdır.
Rüfət Sultan, Bizim.Media  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri