Icma.az
close
up
RU
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI

Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI

News24 saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin olunması baxımındam fövqəladə əhəmiyyətli bir hadisədir

Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir. News24.az xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.

Sərhədin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhədi, 22,4 km isə dəniz sərhədidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir.

Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub. Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir. Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan xüsusi xidmət orqanları, eyni zamanda hüquq-mühafizə orqanları dini radikal qruplara qarşı mübarizəni davam etdirir: “Məlumdur ki, dini radikal qruplaşmalar  həm daxildə müəyyən havadarlara malikdirlər, həm də xaricdən maliyyələşirlar. Bu qruplar dövlət və dövlətçilik əleyhinə müəyyən addımlar atmaqda davam edirlər. Bunun qarşısını almaq üçün xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları  keçirdikləri son əməliyyat nəticəsində beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan, dini ekstremist, eyni zamanda radikal olan üzvlərin hazırladıqları terror təxribat əməllərini müəyyən ediblər, qanunazidd fəaliyyətin qarşısını alıblar: "DTX və DİN-in keçirdikləri peşəkar əməliyyat nəticəsində onların bəziləri zərərsizləşdirilib, qalanları isə saxlanılıb, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barələrində cinayət işi başlanılıb. Terror qruplaşmasının içində “Meşə qardaşları” terror təşkilatının üzvləri də olub. O da məlum olub ki, vaxtilə “Meşə qardaşları” terror qruplaşmasının fəaliyyətində iştirak edən bəzi şəxslər Azərbaycanın şimal rayonlarında özlərinə bəzi tərəfdaşlar da cəlb edərək bu istiqamətdə addımar atıblar. Onlar terror aktları hazırlayırdılar. Eyni zamanda bir sıra kəndlərdə  meşə massivində sığınacaqlar yaradıb, orada partlayıcı maddələr, silah-sursat və sair döyüş ləvazimatları təchiz etmişdilər ki, gələcəkdə bundan istifadə etsinlər. Keçirilmiş mühüm əməliyyat nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə - cinayətkar birlik yaratmaq, odlu silah və silah qismində istifadə edilən digər predmetlərdən istifadə etməklə dini fanatizm zəminində terrorçuluğa hazırlıq maddələri ilə təqsirli biliniblər, məsuliyyətə cəlb ediliblər. Bu proses davam etdiriləcək. Müxtəlif vaxtlarda Suriyada, İraqda, digər dövlətlərdə müəyyən hazırlıqlar keçmiş, sonradan müxtəlif yollarla Azərbaycana gəlib burada dövlətçiliyə qarşı bu cür əməllər planlaşdıran şəxslərə qarşı ciddi addımlar atılacaq.

Ali Baş Komandanın tapşırığına uyğun olaraq dövlətin xüsusi xidmət və hüquq-mühafizə orqanları bu istiqamətdə mübarizəni daha da genişləndiriblər. Hər bir məsələ dövlət qurumlarının nəzarətindədir və bundan sonra da radikal qruplaşmalara qarşı  bu cür əməliyyatların şahidi olacağıq".

Vahid Əhmədov: “Elçibəy hakimiyyətdə çox qalmayacığını bilirdi və bunu  deyirdi də...” Pravda.az

Vahid Əhmədov

Sabiq deputat Vahid Əhmədov hesab edir ki, Qusarda beynəlxalq terror təşkilatları ilə əlaqəli olan dini-ekstremist qruplaşmanın müəyyən edilərək zərərsizləşdirilməsi Azərbaycan dövləti adına böyük uğur, böyük müvəffəqiyyətdir: “Hər şeydən öncə qeyd edək ki, baş verənlər Azərbaycan və Qafqaz uğrunda qlobal güclərin apardığı amansız mübarizənin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni status-kvonu dəyişməkdə, Azərbaycanın sürətli yüksəlişinin qarşısını almaqda maraqlı olan beynəlxalq güclər var. Onlar müxtəlif terror təşkilatlarının vasitəsilə Azərbaycanda daxili vəziyyəti gərginləşdirmək, cəmiyyətdə xof yaratmaq, bununla da öz məqsədlərinə çatmaq, öz istəklərini diktə etmək istəyirlər. Qusarda zərərsizləşdirilən dini-ekstremist qruplaşmanın beynəlxalq terror təşkilatları ilə əlaqəsi də bundan xəbər verir.

Terror şəbəkəsinin DTX və DİN tərəfindən müəyyən edilərək çevik şəkildə zərərsizləşdirilməsi dövlətimizin ayıq-sayıqlığının, əlaqədar dövlət qurumlarının peşəkarlığının göstəricisidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın xüsusi xidmət orqanları öz vəzifəsinin öhdəsindən layiqincə gəlir və təhlükəsizliklə bağlı hər cür təhdidi vaxtında ortadan  qaldırmağı bacarır. Biz buna görə DTX əməkdşalarına təşəkkür edir, minnətdarlığımızı bildiririk".

Maraqlıdır, bu əməliyat-axtarış tədbirlərinin indi keçirilməsinin nə kimi əhəmiyyəti var?

Efirdə halı pisləşən deputat Modern.az-a DANIŞDI

Hikmət Babaoğlu

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu bildirdi ki, Qusarda və Azərbaycanın digər şimal rayonlarında terrorçu qruplaşmanın zərərsizləşdirilməsi hər azərbaycanlının təhlükəsizliyi baxımından çox mühüm əhəmiyyət kəsb edir: "Hər bir vətəndaşımızın təhlükəsizliyi də nəticə etibarilə Azərbaycan dövlətinin təhlükəsizliyidir. Ona görə bu əməliyyatı həyata keçirən Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və digər qurumların bu fəaliyyəti yüksək səviyyədə qiymətləndirilməlidir: “Nəticə etibarilə əgər nəzarətdən kənar hər hansı bir terror hadisəsi baş verərdisə, bu, digər çoxsaylı terror qruplaşmalarını da terror aktı həyata keçirməyə motivasiya edə bilər. Ona görə də bizim müvafiq qurumların, xüsusilə də DTX-nın məlumatları əldə etməsi, terror baş vermədən öncə terrorçuları zərərsizləşdirməyi bacarması ayrıca qeyd olunmalı hadisədir. Bu gün Azərbaycanın əldə etdiyi tarixi zəfər bir çox ölkələr tərəfindən qəbul edilə bilmir. Ona görə də ən müxtəlif istiqamətlərdən ən müxtəlif prioritetlər üzrə Azərbaycanda terror törətməklə Azərbaycan dövlətini etibarsızlaşdırmağa çalışırlar. Azərbaycan dövlətini vətəndaşlarının gözündən salmağa çalışırlar. Və bu, sadəcə, bir hadisə ilə yekunlaşmayacaq. Bu təhdid daim olacaq. Bu baxımdan mən düşünürəm ki, vaxtında atılan addım, əməliyyat şəraitinin düzgün qiymətləndirilməsi, terrorla bağlı informasiyanın əldə edilməsi üçün informatorların hazırlanması və onların prosesə cəlb olunması mürəkkəb bir sxematik plandır və bu planın həyata keçirilməsi Azərbaycan dövlətinin, hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin olunması baxımındam fövqəladə əhəmiyyətli bir hadisədir”. /musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Fevral 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri