Rusiya iqtisadiyyatı ÇÖKÜR: İnflyasiya rekord səviyyəyə çatır
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən müəssisələr bu il inflyasiyanın Mərkəzi Bankın proqnozunu iki dəfə üstələyəcəyini və 10,7%-ə çatacağını gözləyirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə Mərkəzi Bankın 24 yanvar tarixində dərc etdiyi yanvar ayı monitorinqində bildirilir.
Məlumata əsasən ən böyük qiymət artımını mağazalar, tikinti şirkətləri və xidmət göstərən müəssisələr gözləyirlər.
Eyni zamanda, rəsmi olaraq Mərkəzi Bank 2025-ci ildə inflyasiyanın 4,5-5% arasında azalacağını, iki ildən sonra isə 4%-ə enəcəyini və bu səviyyədə qalacağını proqnozlaşdırır.
Sorğu 1-20 yanvar tarixləri arasında keçirilib və ona maliyyə sahəsindən başqa, ümumilikdə 14,8 min müəssisə qatılıb.
Mərkəzi Bankın verdiyi məlumata əsasən yanvar ayında Rusiya şirkətləri hələ də qiymətlərin artacağını gözləyirlər,
Onların gözləntiləri isə 2017-2019-cu illərdəki aşağı inflyasiya dövründən çox daha yüksəkdir, o vaxt qiymət artımı Mərkəzi Bankın müəyyən etdiyi hədəf səviyyəsində idi.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Yanvar 2025 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















