Icma.az
close
up
RU
Rusiya İran münasibətləri: təhlükəsizlik məsələsi

Rusiya İran münasibətləri: təhlükəsizlik məsələsi

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Qonağını Kremldə qəbul edən Rusiya prezidenti Vladimir Putin Məsud Pezeşkianla Yaxın Şərqdə, o cümlədən Suriyada və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər. Cənubi Qafqazda yaşanan son hadisələr və mövcud durum xüxusilə iki ölkə başçısının diqqət mərkəzində olub. Eyni zamanda İranın nüvə proqramı ətrafında, habelə ticarət, investisiya, nəqliyyat, logistika və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparılıb.
Müzakirələrin nəticəsi olaraq, Rusiya və İran prezidentləri hərtərəfli starteji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Qarşılıqlı fəaliyyətin müxtəlif sahələrinə aid 47 maddədən ibarət sənəd uzunmüddətli perspektivdə müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.
Sözsüz ki, müqavilənin ən çox maraq doğuran müddəaları təhlükəsizlik və müdafiə məsələlərini ehtiva edən bəndlərlə bağlıdır:
1. Rusiya Federasiyası (RF) və İran razılaşdılar ki, tərəflərdən biri təcavüzə məruz qalsa, ikincisi təcavüzkara heç bir yardım göstərməyəcək;
2. RF və İran təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər;
3. RF və İran kəşfiyyat xidmətləri arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər;
4. RF və İran təbii və texnogen fəlakətlər zamanı bir-birinə yardım edəcək;
5. RF-lə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş avtomatik olaraq sonrakı dövrlərdə 5 illik müddətə uzadılmaqla 20 il müddətinə bağlanır.
Rusiya-İran əməkdaşlığını indiyədək tənzimləyən 2001-ci ildə imzalanmış müqavilədə də təhlükəsizlik müddəaları əsas yer tutsa da, dünən bağlanan sazişdə onların ehtivası hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, son vaxtlar Yaxın Şərqdə yaşanan hadisələr, xüsusən də Rusiyanın və İranın müttəfiqi olan Bəşər Əsəd rejiminin Suriyada devrilməsi hər iki ölkə üçün yeni təhdidlər yaradır. Bu kontekstdə, Rusiyanın Suriyadakı Tartus və Hmeymim hərbi bazalarının bağlanması, beləliklə də onun Aralqı dənizindəki iştirakına xitam verilməsi təhlükəsi tam realdır. Qərbin xeyir-duası və dəstəyi ilə Suriyada hakimiyyətə gətirilən qüvvələrin elə Qərbin də təhriki ilə Rusiyanın bu ölkədəki hərbi bazalarının bağlanması tələbini qoyacağı ehtimalı çox böyükdür. Bu baxımdan, Rusiyanın öz bazalarını Suriyadan Liviyaya köçürmək planları barədə xəbərlərin yayılması heç də təsadüfi deyil.
Əgər Moskvanın Bəşər Əsəd rejiminin xilasında qətiyyətsizliyini Ukrayna-Suriya dilemmasında üstünlüyü birinciyə verərək, iki cəbhədə müharibə aparmaq reallığından qaçmaqla əsaslandırmaq olarsa, Tehranın bu məsələdə tam geosiyasi iflasa uğradığı birmənalıdır. Suriyada İsrailin açıq şəkildə ərazilər tutmaqla daha da möhkəmlənməsi, İranın bu ölkədə və Livanda öz proski qüvvələrini demək olar ki, tamamilə itirməsi bu fiaskonu tam açıqlığı ilə ortaya qoyur.
Suriya məsələsində Rusiya və İranın müvafiq qaydada “yumşaq” və “sərt” məğlubiyyəltindən fərqli olaraq, Cənubi Qafqazda onların üzləşə biləcəyi fiasko tamamilə sarsıdıcı xarakter daşıyacaq. ABŞ-nin başçığlığı altında kollektiv Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqazda möhləmlənmək niyyətini İrəvanın Vaşinqtonla strateji tərəfdalıq haqqında bağladığı müqavilə və Ermənistanın Aİ-yə daxil olmaq iddiası sübut edir.
İrana qarşı ifrat sərt mövqe tutan və İsrailə açıq-aşkar dost münasibətlərini nümayiş etdirən Donlad Trampın hakimiyyətə qayıtması fonunda qeyd olunan hər iki məqam Tehran üçün eksiztensial təhlükə mənbəyinə çevrilir.
Strateji tərəfdaşlıq haqqında ABŞ-Ermənistan sazişinin ardınca, Vaşinqtonun sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərmək planı bu təhlükənin bilavasitə təzahürüdür. Məhz buna görə də, İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Cənubi Qafqazda “bölgədənkənar qüvvələrin olmasının sabitliyi poza biləcəyini” vurğulayıb.
ABŞ-Ermənistan və Aİ-Ermənistan münasibətlərinin sürətlə inkişafı İrandan daha çox Rusiya üçün böyük təhdiddir. Çünki bu, yaxın və ya orta perspeltivdə Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının və hərbi bazalarının çıxarılması barədə İrəvanın tələbi ilə nəticələnə bilər. Bu baxımdan, Cənubi Qafqazda onların geosiyasi nüfuzuna qarşı mövcud və potensial təhdidlərin neytrallaşdırılması üçün Rusiya ilə İran ilk növbədə təhülkəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsinə önəm verirlər.
Amma maraqlıdır ki, belə məqamlarda əslində strateji hərbi müttəfiqlik barədə müqavilənin imzalanaması məqsədəuyğun olsa da, Moskva və Tehran bu addımı atmayıblar. İstisna deyil ki, tərəflərdən hansısa biri və ya elə hər ikisi belə bir məqamın yetişdiyinə əmin deyillər. Ola da bilər ki, tərəflər arasında etimad atmosferi hələ də lazımi səviyyədə deyil.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Yanvar 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri