Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“RUSİYA İRANI SATMAĞA RAZI OLSA BELƏ...” “Bu, Ukraynada qələbə zəmanəti deyil”

“RUSİYA İRANI SATMAĞA RAZI OLSA BELƏ...” “Bu, Ukraynada qələbə zəmanəti deyil”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ və Rusiya arasında münasibətlərin sabitləşdirilməsi ilə bağlı növbəti diplomatik danışıqlar Vaşinqtonun təşəbbüsü ilə təxirə salınıb".

"AzPolitika" xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, bu sabitləşmə prosesi Ukraynadakı müharibədən asılı olmayaraq aparılırdı və Moskva tərəfindən müəyyən uğur kimi təqdim olunurdu.

Ekspert qeyd edib ki, danışıqların təxirə salınması ABŞ-nin Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığından sonra baş verib. Sözügedən danışığın əsas mövzusu İran olub. Məmmədovun fikrincə, ABŞ və Rusiya arasında münasibətlərin normallaşdırılması prosesinin dondurulması Vaşinqtonun Moskvanı İrana təzyiq göstərməyə cəlb etmək niyyəti ilə bağlıdır.

“ABŞ İranın hər hansı formada nüvə proqramından və raket silahlanmasından imtina etməsini, əslində, bir növ kapitulyasiyanı qəbul etməsini istəyir. Vaşinqton bu istiqamətdə sərt və koordinasiyalı şəkildə hərəkət edir,” – deyə politoloq vurğulayıb.

Məmmədov hesab edir ki, Rusiya üçün ikiüzlü vəziyyət yaranıb. Belə ki, İsrail və İran arasındakı müharibə Donald Trampın diqqətini Yaxın Şərqə yönəldir və ABŞ silahlarının bu bölgəyə axını Ukrayna müharibəsində Rusiyanın lehinə işləyə bilər. Lakin eyni zamanda Rusiya İranın tam şəkildə məğlub olmasına və xüsusən də Tehranda rejimin dəyişməsinə imkan verə bilməz. Çünki bu, Rusiya və Çin üçün regionda strateji məğlubiyyət demək olar.

“Sanksiyalarla boğulan və resursları məhdud olan Rusiya artıq proseslərə real təsir imkanlarını itirib. Hətta ABŞ ilə münasibətlərin sabitləşdirilməsi də gözləmə rejiminə keçib. İndi ekspert çevrələrində “İranı Ukraynaya dəyişmək” kimi yanaşma müzakirə edilir,” – politoloq bildirib.

O qeyd edib ki, İranın ABŞ-nin tələblərini qəbul etməsi fonunda Rusiya vasitəçiliyə başlayarsa, bu, Putinin Trampın ‘klienti’ rolunu qəbul etməsi kimi dəyərləndirilə bilər. Bu isə Pekin tərəfindən mənfi qarşılanacaq. Məmmədovun fikrincə, əslində, Rusiya İran rejiminə yardım edə biləcək vəziyyətdə deyil. Bu dəstəyi yalnız Çin – o da Pakistan vasitəsilə göstərə bilər. Ancaq İsrail artıq İranın hava məkanında üstünlük əldə edib və bu üstünlüyü geri vermək niyyətində deyil.

Ekspert hesab edir ki, Moskva üçün ideal variant İran rejimini Trampın şərtlərini qəbul etməyə razı salmaq, qarşılığında isə rejimin qorunub saxlanması və İsrailin hava məkanından çıxması şərtini razılaşdırmaq olardı. Lakin bu ideal ssenarinin yaxın perspektivdə reallaşması real görünmür.

Fərhad Məmmədov əlavə edib ki, Tehran da Rusiyaya soyuq münasibət göstərir. İran diplomatiyası ABŞ - Rusiya münasibətlərinin normallaşmasını diqqətlə izləyir və bu prosesin özlərinə də təsir edəcəyini anlayır. Məhz bu səbəbdən Tehran birbaşa Vaşinqtonla danışıqlara cəhd göstərib, lakin bu alınmayıb.

“Hazırkı mərhələdə Rusiya İrandan imtinaya yalnız Ukrayna üzrə zəmanət qarşılığında razı ola bilər. Digər tərəfdən isə İran rejimi hər gün daha da zəifləyir,” – deyə politoloq vurğulayıb.

O, Türkiyə Prezidentinin də vasitəçilik istiqamətində aktivlik nümayiş etdirdiyini bildirib. Lakin Ankaranın Tehranla, daha doğrusu, oradakı rejimlə effektiv danışıqlar aparmaq üçün resursları məhduddur.

Fərhad Məmmədov qeyd edib ki, əgər İran rejimi Trampın tələblərini qəbul etməyə məcbur olarsa, böyük ehtimalla, birbaşa ABŞ ilə danışıqlara üstünlük verəcək.

“İsrail və İran arasında müharibənin başa çatması bölgədə yeni bir status-kvonun yaranmasına gətirib çıxaracaq. Bu status-kvo kifayət qədər uzunmüddətli ola bilər və hazırda bütün oyunçular gələcək mövqelərini bərkitmək üçün fəal hərəkətə keçiblər. Ancaq hadisələrin gedişini yalnız İran rejiminin müqavimət səviyyəsi və üçüncü ölkələrin ərazilərinin münaqişəyə cəlb olunub-olunmaması dəyişə bilər. Və hazırda belə təhlükəni məhz İran rejimi yaradır,” – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər və diplomatiya çox zaman “yerdəki reallıqlar”dan asılı olur. Lakin İsrail - İran müharibəsi kontekstində artıq bu reallıqlar “hava məkanında vəziyyətlə” müəyyən edilir.

Rasim Əliyev 

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 İyun 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri