Icma.az
close
up
RU
Rusiya İranı da “satacaq”

Rusiya İranı da “satacaq”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İranda çox ciddi siyasi proseslər cərəyan edir.

20 günə yaxındır ki, paytaxt Tehran daxil olmaqla, ölkənin şimalından cənuba, qərbindən şərqinə doğru bütün şəhər və vilayətlərində geniş etiraz aksiyaları vüsət alıb. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar, demək olar ki, kulminasiya nöqtəsinə çatıb. Qlobal media qurumlarının, o cümlədən insan hüquqları təşkilatlarının məlumatlarına görə, toqquşmalar nəticəsində 2 mindən çox dinc sakin həlak olub. Vəziyyətin daha da gərginləşdiyi bir zamanda ABŞ-nin İrana hərbi müdaxiləsi (raket zərbələri ilə nöqtə əməliyyatları) an məsələsidir.

Körfəz bölgəsindəki ABŞ-nin Hərbi Hava Qüvvələri və Ərəb dənizindəki donanması hücum üçün hazır vəziyyətə gətirilib. Artıq qlobal mediada ABŞ-nin hücumları fonunda Rusiya və Çinin İrana hərbi dəstək verib-verməyəcəyi ilə bağlı məsələ ətrafında müzakirələr aparılır. Çinin İrana hər hansı formada dəstək verməsi müəyyən mənada inandırıcı görünə bilər, amma Rusiyaya gəlincə, Əsəd və Maduro hakimiyyətinin devrilməsindən sonra Moskvaya əvvəlki kimi o qədər də etibar olunmur. Kremlin İrana görə riskə girib-girməyəcəyi sual altındadır. 

Məsələ ilə bağlı siyasi ekspertlər “Cümhuriyət” qəzetinə şərh veriblər. 

Politoloq Oqtay Qasımov qeyd edib ki, Rusiya İranı özünün strateji tərəfdaşı hesab etsə də, zaman-zaman öz maraqlarından çıxış edərək bəzən seyrçi mövqe sərgiləyib. Onun sözlərinə görə, Rusiya artıq digər regionlara diqqət ayıra bilmir:

“Dörd ildən çoxdur ki, Moskva bütün resurslarını və imkanlarını Ukrayna cəbhəsinə yönəldib və nəticə etibarı ilə digər regionlarda mövqeləri zəifləyib. Suriyada Əsəd rejiminin asanlıqla devrilməsi və Venesuelanın sabiq prezidenti Nikolas Maduronun ABŞ-nin xüsusi təyinatları tərəfindən bir gecədə nəzarətə götürülməsi onu deməyə əsas verir ki, Rusiya özünün müttəfiqi hesab etdiyi siyasi liderləri qoruya bilmədi. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, hazırki vəziyyətdə Rusiya ABŞ ilə qarşı-qarşıya durmaq iqtidarında deyil. İranla bağlı məsələyə gəlincə, on iki günlük İsrail-İran müharibəsində Moskva Tehrana heç bir ciddi dəstək göstərmədi və prosesi kənardan müşahidə etməklə, bəyanatlar verməklə kifayətləndi.

Halbuki Ukrayna ilə müharibədə İran hakimiyyəti rus ordusunun ballistik raketlər və dronlarla təmin olunmasında önəmli rol oynayıb. Moskvanın davranışı İranda narazılıq yaratdı və bu, ikitərəfli münasibətlərə müəyyən mənada mənfi təsir göstərdi. Moskva sözdə, hətta Tehrana bir neçə silah satmaqla İran hakimiyyətinin yanında olduğunu bəyan etsə də, ABŞ-nin İrana hücumlarının qarşısını ala bilməyəcək. Rusiya yenə də seyrçi mövqe sərgiləyəcək. Ümumiyyətlə, Rusiyanın zamanında Venesuela, Suriya və İranı özünün müttəfiqi və ya tərəfdaşı etməkdə əsas məqsədi həmin ölkələrinə imkanlarından istifadə etməklə öz maraqlarını həyata keçirmək olub”. 

Politoloq Rəşad Bayramov hesab edir ki, Moskva yalnız İrana diplomatik-siyasi və hərbi-texniki dəstək verməklə kifayətlənəcək, amma ABŞ ilə birbaşa müdaxiləyə girməyəcək:

“Hazırda İranda baş verən etiraz aksiyaları, xüsusilə də bu aksiyaların ölkənin bütün bölgələrinə yayılması və etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların yaşanması fonunda ABŞ-nin İrana hərbi müdaxiləsi ehtimalı böyükdür. Artıq Ağ Evdə və Pentaqonda İrandakı hərbi-strateji mövqelərə raket zərbələri və İran daxilində nöqtə əməliyyatları ilə bağlı müzakirələr aparılmaqdadır.  İrana  hərbi müdaxilə fonunda Rusiyanın atacağı addımlara gəlincə,  Moskva ilə Tehran arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə, Ukrayna ilə müharibədə Tehranın Rusiyaya hərbi-texniki dəstək göstərməsi real və danılmaz faktdır.

Moskva İranı həm siyasi, həm də hərbi tərəfdaş kimi görür. Lakin iki ölkə arasında tərəfdaşlığın nə qədər yüksək olmasına baxmayaraq,  Rusiyanın İrana görə ABŞ ilə açıq qarşıdurmaya girməsi inandırıcı deyil. Belə bir ehtimal yoxdur. Hazırki vəziyyətdə Moskva Tehranın lehinə bəyanatlar verməklə kifayətlənir, Vaşinqtona mesaj göndərir ki, İrana hərbi müdaxilə ağır fəsadlara gətirib çıxara bilər. Bəyanat vermək və diplomatik-siyasi xəbərdarlıq etmək real hərbi dəstək demək deyil. Ukrayna cəbhəsində resursları tükənməkdə olan Rusiya üçün ABŞ ilə düşmən olmaq arzuolunan deyil, bu, faktiki olaraq Moskva üçün ağır nəticələrə səbəb olar”. 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki,  hərbi müdaxilə baş verəcəyi təqdirdə Moskva Tehranı müdafiə edə bilməyəcək:

“İrandakı genişmiqyaslı etiraz aksiyaları uzun illər ərzində İrana tətbiq olunan iqtisadi sanksiyalar və təcrid siyasəti, o cümlədən İran hakimiyyətinin uğursuz sosial-iqtisadi siyasətinin nəticəsidir. Vaşinqton İranda belə bir vəziyyətin baş verəcəyəni gözləyirdi. ABŞ İranda mövcud rejimin devrilməsində maraqlıdır, çünki Vaşinqton İranı Rusiya və Çin blokundan ayırmaq planı üzərində işləyir. Tramp İranda rejimin məhz xalq tərəfindən devrilməsini istəyir, o, etirazçıları dövlət binalarını ələ keçirməyə çağırıb. İrana qarşı nöqtə əməliyyatları da gündəmdədir. Bu, Ağ Evin masasında müzakirə olunur.

İranla qonşu olan ölkələrdəki ABŞ hərbi bazaları hazır vəziyyətə gətirilib. O ki qaldı Rusiyanın İrana dəstəyinə,  hərbi müdaxilə baş verəcəyi təqdirdə Moskva Tehranı müdafiə edə bilməyəcək. Baxmayaraq ki, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq mövcuddur, Moskva ABŞ-nin İrana hərbi müdaxiləsinin qarşısını ala bilməyəcək. Bu yaxınlarda Moskva İrana ballistik raketlər və qırıcı təyyarələr tədarük edib, amma bu, Rusiyanın İranın yanında olması anlamına gəlmir”. 

Yunis Abdullayev
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see337

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see315

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see297

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see292

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see262

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see258

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see247

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see240

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see205

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see200

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see195

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see194

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see193

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see190

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see181

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see179

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri