Rusiya İstintaq Komitəsinin sədri ilə Azərbaycanın baş prokuroru arasında telefon danışığı olub Doğru Xəbərlər
Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ilə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub.
Doğru.az Rusiya İstintaq Komitəsinin saytına istinadla xəbər verir ki, idarə rəhbərləri Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı aparılan araşdırmaların gedişini müzakirə ediblər. Təyyarədə iki ölkənin, həmçinin Qazaxıstan və Qırğızıstanın vətəndaşları olub. Söhbət rusiyalı müstəntiqlər və kriminoloqlar, Azərbaycan və Qazaxıstanın istintaq-əməliyyat qruplarından olan həmkarları arasında yaxşı qurulmuş hərtərəfli qarşılıqlı əlaqə barədə olub.
Aleksandr Bastrıkin əmin edib ki, Rusiya tərəfindən İstintaq Komitəsinin mərkəzi aparatının aviasiya qəzalarının təhqiqi sahəsində ən təcrübəli əməkdaşları cəlb olunub və onlar qabaqcıl məhkəmə-tibbi avadanlıqlarla təchiz olunublar. O əlavə edib ki, kompleks istintaq hərəkətləri həyata keçirilir ki, onların məqsədi baş vermiş faciənin bütün səbəblərini və onunla bağlı məqamları müəyyən etməkdən ibarətdir.
Söhbət zamanı tərəflər birgə təhqiqat planı çərçivəsində prioritet vəzifələri müəyyənləşdirib, bundan sonra da hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 29 Dekabr 2024 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















