Icma.az
close
up
RU
Rusiya KİV i Azərbaycana qarşı psixoloji müharibə aparır Qulu Məhərrəmli

Rusiya KİV i Azərbaycana qarşı psixoloji müharibə aparır Qulu Məhərrəmli

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

“TASS” agentliyinin Xankəndini “Stepanakert” kimi təqdim etməsi, sonra isə bunu “Dağlıq Qarabağ”la əvəzləməsi heç də təəccüblü deyil. Çünki bu davranışlar hazırda Azərbaycanla Rusiya arasında gərginləşmiş siyasi münasibətlərin ifadəsidir. Rusiya KİV-in Azərbaycana qarşı apardığı soyuq, psixoloji müharibədir və ən dəqiq ifadə ilə informasiya müharibəsidir”.

Bunu Metbuat.az-a açıqlamasında tele-tənqidçi, professor Qulu Məhərrəmli “TASS” informasiya agentliyi tərəfindən Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Rusiya hakim dairələri heç vaxt Azərbaycana Qarabağ kontekstində səmimi yanaşmayıblar:

“Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirdilər, digər tərəfdən isə “Artsax” ensiklopediyası buraxır, Lazarev Klubu yaradırdılar. Erməni millətçiliyini qızışdırmaq üçün ciddi addımlar atırlar və hesab edirəm ki, indiki davranışlar da bu siyasətin davamıdır”.

Q.Məhərrəmli qeyd edib ki, əgər “TASS” bu cür təxribatlarla məşğul olmağa davam edərsə, gələcəkdə onun Azərbaycandakı fəaliyyətini dayandırmaq, qadağan etmək və ya məhdudlaşdırmaq lazımdır:

“Eyni zamanda Azərbaycana qarşı informasiya müharibəsi aparan Rusiya televiziyalarının və saytlarının fəaliyyəti də məhdudlaşdırılmalıdır. Çünki dövlətlər bir-birinin ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etməlidirlər. Əgər Rusiya bu prinsiplərə əməl etmirsə, Azərbaycan da eyni davranışı təkrarlamalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri