Rusiya Kiyevi bombalayır
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya ordusu noyabrın 14-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə hava hücumu edib. SİA-nın verdiyi məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilib.
Hava hücumu zamanı müxtəlif tipli, o cümlədən ballistik raketlərdən, zərbə dronlarından istifadə edilib.
Zərərsizləşdirilən dronlar və raketlər Kiyevin bəzi yaşayış binalarında yanğına səbəb olub.
Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb ki, hava hücumu nəticəsində ilkin məlumata görə, Podol, Şevçenko, Dneprovsk, Desnyansk rayonlarının çoxmərtəbəli binalarında dağıntılar qeydə alınıb. Mülki insanlar arasında xəsarət alanlar var.
Hazırda da Kiyevə çoxkombinasiyalı hava hücumu davam edir.
Baxış sayı:114
Bu xəbər 14 Noyabr 2025 06:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















