Rusiya Kiyevi daha sərt bombalayacağını AÇIQLADI
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Müdafiə Nazirliyi sentyabrın 20-nə keçən gecə Moskvanın neft emalı zavoduna (NEZ) və digər obyektlərə edilən pilotsuz uçuş aparatları hücumuna cavab olaraq Kiyevdəki hərbi obyektlərə zərbələri gücləndirəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Xatırladaq ki, sentyabrın 20-nə keçən gecə paytaxt Moskşaya və ətraf bölgələrə qarşı massiv dron hücumları baş tutub.
Kapotnyadakı Moskva NEZ-də, Sofyino logistika texnoparkında və Dzerjinskidəki TETS-22-də güclü yanğınlar qeydə alınıb. Moskvanın meri Sergey Sobyanin hücumun paytaxt üçün ən miqyaslı dron hücumlarından biri olduğunu təsdiqləyib.
Rusiya tərəfi hücumun Dövlət Dumasına seçkilər dövrünə təsadüf etdiyini və seçki iradəsini pozmaq məqsədi daşıdığını iddia edib. Qurum rəsmi bəyanatında Kiyev rejiminin "mülki obyektlərə hücumlarına cavab olaraq" yüksək dəqiqlikli silahlarla Kiyevdəki hərbi hədəflərə qarşı zərbələrin davam etdiriləcəyini və gücləndiriləcəyini bildirib.
Bizim.Media
Baxış sayı:136
Bu xəbər 20 Sentyabr 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















