Rusiya Kiyevi hədəfə aldı Azərbaycan səfirliyinin yaxınlığında partlayış baş verib
Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, iyulun 21-nə keçən gecə Rusiya qüvvələri Kiyevə dronlarla hücum ediblər. Hücum nəticəsində bir nəfər həlak olub, altı nəfər yarlanıb. Yaralananlardan biri 15 yaşlı qızdır.
Ukrayna paytaxtının 5 rayonuna edilən irimiqyaslı hücum zamanı supermarket, uşaq bağçası vurulub. Dağıntılar və yanğın baş verib. "Lukyanovskaya" metro stansiyasının girişi zədələnib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Dnepr regional bölməsinin rəhbəri, tarixçi Eldar Tağıyev "Feysbuk" şəbəkəsində həmin hücumla bağlı belə bir məlumat verib: "Belə ki, hələ İyulun 9-dan 10-na keçən gecə rusların Kiyevə kütləvi hava hücumu zamanı kamikadze pilotsuz təyyarələrdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığında yerə düşüb dağıntı və yanğın törətmişdi. Bu gecə baş verən hücum zamanı isə dronlar səfirliyə daha yaxın ərazini hədəf seçmişdilər. Partlayışlar səfirliyimizin ərazisinə bitişik parkın yaxınlığında baş verib".
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















